Tələbə köçürülmələri niyə olmayacaq? Rəsmi açıqlama VİDEO


Digərləri 27 Yan 2022 13:36:00 120 0

Tələbə köçürülmələri niyə olmayacaq?  Rəsmi açıqlama  VİDEO

Hər tədris ilində tələbələrin köçürülməsi iki dəfə həyata keçirilirdi. Amma 2021-2022-ci tədrisin ilində qış semestrində tələbələrin köçürülməsi dayandırılıb. Təhsil Nazirliyi məsələyə aydınlıq gətirib. 

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə və təhsilalma formasının dəyişdirilməsi prosesi müvəqqəti dayandırılıb. Bu barədə Təhsil Nazirliyi qərar qəbul edib.

Təhsil nazirinin müşaviri Nicat Məmmədli bildirib ki, əvvəlki illərdə qış tətili dövründə həyata keçirilmiş tələbə köçürülmələrinin təhlili göstərir ki, bütün prosedurlar çox zaman tələb edir və yaz semestrinin başlanğıcında köçürülmüş tələbələrin bir qisminin yeni ali təhsil müəssisəsi və ya ixtisasda dərslərə başlaması problemə çevrilir. 

Nicat Məmmədlinin sözlərinə görə tələbələrin köçürülməsi transferedu.az saytı vasitəsilə həyta keçirilir. Prosesinin gec başa çatması təqaüd alacaq tələbələrin müəyyən olunmasını da çətinləşdirir.

Təhsil nazirinin müşaviri əlavə edib ki, gələcəkdə tələbə köçürülməsinin ildə bir dəfə - yay tətilində həyata keçirilməsi ilə bağlı təkliflər hazırlanacaq.