Gövhər Baxşəliyevaya AMEAda yüksək vəzifə verildi


Digərləri 27 Yan 2022 14:28:00 131 0

Gövhər Baxşəliyevaya AMEAda yüksək vəzifə verildi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Akademiyadan verilən məlumata görə, AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin ayrı-ayrılıqda fəaliyyət göstərməsi haqqında qərar qəbul edilib.

Humanitar Elmlər Bölməsinə rəhbərlik akademik İsa Həbibbəyliyə, İctimai Elmlər Bölməsinə rəhbərlik isə akademik Gövhər Baxşəliyevaya həvalə olunub.

AMEA Rəyasət Heyətinin növbəti qərarı ilə akademik Gövhər Baxşəliyeva AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən təyin edilib.