Nazirlikdən direktorun rüşvət istədiyi səs yazısı ilə bağlı


Digərləri 27 Yan 2022 13:54:00 132 0

Nazirlikdən direktorun rüşvət istədiyi səs yazısı ilə bağlı

Təhsil nazirliyi Ağstafa rayon Aşağı Kəsəmənli məktəbinin direktoru Mətanət Məmmədovaya aid səsyazısı ilə bağlı araşdırma aparır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq bildirilib.

Qeyd ediliib ki, həmin məsələ ilə bağlı araşdırma aparılır, yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, ötən gün Ağstafa rayonu Aşağı Kəsəmən tam orta məktəbinin direktoru Mətanət Məmmədovaya aid olduğu deyilən səsyazısı yayılıb. Səs yazısında direktor məktəbin müəllimi Vüsalə Məmmədovadan əlavə dərs saatları müqabilində hər ay ona pul verməsini tələb edir. V.Məmmədova isə imkanı olmadığını deyərək, pulu verə bilməyəcəyini bildirir.

Daha sonra direktor həmin müəllimi otaqdan qovur və bu barədə hardasa danışacağı təqdirdə onu cəzalandıracağı ilə hədələyir.