Qadını döyüb kafenin kassasını soydu


Digərləri 27 Yan 2022 10:36:00 108 0

Qadını döyüb kafenin kassasını soydu

Rusiyanın Başqırdıstan Respublikasında kamuflyajda olan kişi kafenin işçisini amansızcasına döyərək obyektin kassasını qarət edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Birsk şəhərində, səhər saatlarında baş verib.

Kafeyə daxil olan şəxs ona müqavimət göstərmək iqtidarında olmayan qadına bir neçə zərbə endirib və obyektin pullarını da götürərək hadisə yerindən uzaqlaşıb.

Huşunu itirən işçi ətrafdakıların köməyi ilə xəstəxanaya yerləşdirirlib.

Hazırda hücumu həyata keçirən şəxsin axtarışlarına başlanılıb.