"Dünyada nifrətə yer olmamalıdır, amma təəssüf ki..."


Dünya 27 Yan 2022 11:50:00 181 0

"Dünyada nifrətə yer olmamalıdır, amma təəssüf ki..."

Azərbaycan qlobal səviyyədə antisemitizmlə mübarizədə və multikulturalizmin dəstəklənməsində öz rolunu oynayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Holokost qurbanlarının xatirəsinə həsr olunmuş tədbir zamanı deyib.

"Biz bu gün Holokost qurbanlarının xatirəsini anmaq üçün toplaşmışıq. Dünyada nifrətə yer olmamalıdır, amma təəssüf ki, bu yanaşma ilə bu gün də üzləşmək mümkündür", - deyə o bildirib.

O, həmçinin Azərbaycanın qlobal səviyyədə antisemitizmlə mübarizədə və multikulturalizmin dəstəklənməsində səylərini vurğulayıb.