Ərdoğan RusiyaUkrayna böhranının qarşısını almaq üçün


Siyasət 27 Yan 2022 08:13:00 117 0

Ərdoğan RusiyaUkrayna böhranının qarşısını almaq üçün

Biz regionumuzda sülh və sabitlik istəyirik.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli KİV-ə müsahibəsində Rusiya və Ukrayna arasındakı gərginliklə bağlı məsələyə münasibət bildirərkən söyləyib.

Dövlət başçısının sözlərinə görə, hər iki ölkə Türkiyənin səmimiyyəti və xoş niyyətindən xəbərdardırlar. R.T. Ərdoğan bölgənin iki ölkəsi arasında münaqişənin nə tərəflərə, nə də regiona heç bir fayda gətirməyəcəyini vurğulayıb.

"Biz iki ölkənin liderlərini qəbul edib sülhə yol aça bilərik. Ölkəmiz əvvəldən Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib", deyə Türkiyə prezidenti bildirib.

O, əlavə edib ki, Vladimir Putini ölkəyə dəvət edib.

"Əgər tərəflər bunu istəsələr, iki ölkə liderini Türkiyədə bir araya gətirib sülh mühitinin yenidən qurulmasına yol aça bilərik. Hazırda bizim istəyimiz mövcud böhranın dialoq və diplomatiya yolu ilə həllini tapmasıdır. Biz həm Rusiyanı, həm də Ukraynanı konstruktiv və təmkinli davranmağa çağırmaqda davam edirik", - R.T. Ərdoğan qeyd edib.