Almaniyada inadkar tibb bacılarının kütləvi şəkildə işdən çıxarılması prosesi başlaya bilər


Dünya 26 Yan 2022 22:44:00 134 0

Almaniyada inadkar tibb bacılarının kütləvi şəkildə işdən çıxarılması prosesi başlaya bilər

Almaniyanın səhiyyə sahəsinin işçiləri arasında məcburi vaksinlənmə barədə bir müddət bundan əvvəl başlanan mübahisələr səngimək bilmir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu günlərdə bir sıra klinikalar yeni qaydaların tətbiqinin dayandırılmasını tələb ediblər. İş o yerə çatıb ki, əksər tibb bacıları işdən çıxmağa belə hazırdır. Personalın təqribən 10 faizi tabe olmaqdan imtina edirlər. Onların əksəriyyəti işdən ayrılmalı olacaq, çünki peyvəndlənmək istəmirlər. Onlar bunu virusdan daha çox kənar təsirlərdən qorxmaları ilə izah edirlər. Bundan başqa, tibb işçilərinin təqribən 90 faizi artıq virusa qarşı immunitetə sahibdirlər. Əgər 10 faiz tibb işçisi işdən çıxarılarsa, o halda ölkədə bu boşluğu doldurmaq üçün ehtiyat işçi qüvvəsi yoxdur.

İş orasındadır ki, məcburi immunlaşdırılma tələbi digərlərindən əvvəl kiçik tibb personalına aid edilib və artıq martın ortalarınadək onlar peyvəndlənməlidirlər.

Bunlar hələ təkcə tibb işçiləridir. Cəmiyyətdə ümumi immunlaşdırılma tələbi artıq müzakirə edilir. Görəsən işdən çıxarılma "axını" baş verərsə, ölkə hansı vəziyyətə düşər?

Əksəriyyət hesab edir ki, bu proses "omikron" ştamının səbəb olduğu xəstəliyin nisbətən yüngül gedişatı və cari kadr çatışmazlığı nəzərə alınmaqla, ümumi məcburi immunlaşdırılma barədə qərar qəbul olunanadək dayandırılmalıdır.