Vasif Adıgözəlovun həyat yoldaşı vəfat etdi


Kriminal 26 Yan 2022 07:16:00 232 0

Vasif Adıgözəlovun həyat yoldaşı vəfat etdi

Tanınmış Azərbaycan bəstəkarı, görkəmli musiqi xadimi Vasif Adıgözəlovun həyat yoldaşı Xalidə xanım dünyasını dəyişib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə tanınmış həkim Adil Qeybulla paylaşım edib.

O bildirib ki, mərhumun cənazəsi sabah saat 11-də Bakı şəhəri, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi), 23 ünvandan - Bəstəkarlar binasının həyətindən götürüləcək və dəfn üçün Quba şəhərinə aparılacaq.