Çin liderinin Ukrayna ilə bağlı Putindən şok istəyi


Dünya 24 Yan 2022 02:32:00 133 0

Çin liderinin Ukrayna ilə bağlı Putindən şok istəyi

Amerika mediasının Çin Prezidenti Si Szinpinin Rusiya lideri Vladimir Putindən Pekin Olimpiadası zamanı "Ukraynaya hücum etməmək" tələbi ilə bağlı yaydığı xəbər saxta və təxribatdır.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Çinin Moskvadakı səfirliyindən açıqlama verilib.

"Çin rəhbərinin Rusiya liderindən Olimpiada zamanı bayramı korlamamaq üçün Ukraynaya hücum etməməyi xahiş etdiyini yazan "Blumberq"in məlumatı saxta və təxribatdır", - açıqlamada vurğulanıb.

Qeyd edək ki, sözügedən iddia ilə əlaqədar Rusiya XİN şərhində xəbərin ABŞ-ın "xüsusi informasiya əməliyyatı" olduğunu bəyan edib.