Günün qoroskopu: Yaşam arealında qayda yaradın.


Digərləri 24 Yan 2022 00:01:00 142 0

Günün qoroskopu: Yaşam arealında qayda yaradın.

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - gözləntilərinizin səviyyəsini aşağı salın, diqqətə layiq olan işi yerinə yetirin. Gün ərzində o qədər də xoş olmayan məlumatın alınması, informasiya əldə edilməsində problemlər, yaxın ətrafdakı insanlardan biri ilə münaqişə və ya ixtilaf riski var

Narazı, sinirli, aqressiv olmayın. Mövqelərinizə uyğun olmayan fikirlərə dözümlü yanaşın.

Bilavasitə sizdən asılı işləri bitirin. Fəaliyyətinizin yönlərini artırın. Yeni perspektivlər vəd edən layihə ilə məşğul ola bilərsiniz.

Buğa - maddi məsələlərin həllində bir sıra problemlər yarana bilər. Hesaba pul yatırmaq, pul köçürmək, əmlakla bağlı danışıqlar aparmaq məsləhət deyil. Ümumi nevroz durum və qeyri-müəyyənlik kəskin reaksiyaya səbəb olaraq mübahisə etmək, mövqeləri qorumaq istəyi yarada bilər.

Ehtiyatları artırmaq olar. Alış-verişdə çox pul xərcləməyin. Səhhətinizin qeydinə qalın.

Axşam saatlarında qəfil impulsun təsiri ilə planlarda müəyyən dəyişikliklər baş verə bilər. Ailədə münaqişə vəziyyəti yaratmayın. Vədlərə əməl edin.

Əkizlər - uğurlu və əlverişli gündür. Yeni planlar qurun. Yaxın vaxtlarda hansı əlaqələrə ehtiyac duyduğunuzu düşünün. Qərarları müstəqil qəbul etmək niyyət və cəhdlərinizə rəğmən tərəfdaşların yerini və rolunu qulaqardına vurmamağa çalışın. Ən mühüm məsələləri onlarla müzakirə edin. Diqqətli olun, yekun qərar verməyə tələsməyin.

Şəxsi maraqlarınıza toxunan məsələni həll etmək məcburiyyətində qala bilərsiniz. Buna rəğmən, uğur qazanmaq, hətta yeni həmfikirlərin dəstəyinə nail olmaq şansınız var.

Günün ikinci yarısında daxili gərginlik, münaqişə situasiyaları güclənir. Tənhalıqda vaxt keçirmək üçün yaxşı vaxtdır.

Xərçəng - işləri qaydaya salmaq üçün yaranmış imkanlardan istifadə edin. Hesablar, sənədlər, məlumat bazaları, məktubları qaydaya salın. Peşəkar fəaliyyət müstəvisində yaranan məsəlləri aktiv şəkildə həll edin, təşkilati tədbirlər keçirin.

Danışıqları öz ərazinizdə reallaşdırın.

Rifahınıza və ya mövqelərinizə təhdid yarada biləcək situasiyalarda səliqəli, diqqətli olun. Qıcıqlı və sinirli olmayın, münaqişələrə qatılmayın. Keçməyinizin gərəkli olmadığı həddi müəyyənləşdirin.

Axşam saatlarında səhhətinizdə problemin yaranması, xroniki ağrının kəskinləşməsi istisna deyil.

Şir - gün ərzində sakit, təmkinli və soyuqqanlı olun. Planlara uyğun hərəkət edin. Səs-küy və laübə çox olsa da, məlumat mübadiləsini unutmayın. Çalışdığınız kollektivdə rəqabətlə qarşılaşacaqsınız. Gördüyünüz iş və ya həyata keçirməyə çalışdığınız layihələrdə xırdalıqlara fikir verin. Önəm verdiyiniz münasibətlərdə laqeyd davranmayın.

Mühüm məlumatı və planlarınızı yaxın ətrafınızdakı insanlarla bölüşməyə tələsməyin. Nəzərdə tutduğunuz dəyişikliklərdə dostlarınız önəmli rol oynaya bilərlər.

Axşam saatlarına yaxın aktivliyi bir qədər azaldın. Yaxınlarınızla münaqişə vəziyyəti yaratmayın.

Normal istirahət edin.

Qız - yaxın ətrafınızdakı insanlar sizi qıcıqlandıra bilər. Ənənəvi ritminizi pozmaq, planlarınıza müdaxilə cəhdlərinə imkan verməyin. Bu gün münaqişə və ixtilaflardan qaçmaq mümkün deyil. Bu səbəbdən də münasibətləri aydınlaşdırın, çoxdan həllini tələb edən problemi çözün. Sadəcə, həddi keçməyin, intuisiyanızı işə salın. Əldə etmək istədiyiniz nəticəni nəzərə alın, sərt və aqressiv davranmayın.

Orientirlərə yenidən baxa bilərsiniz. Bəyanatlar verməyə tələsməyin. Kimisə cəzalandırmaq, kimdənsə qisas almaq fikriniz yaranarsa, tələsməyin. Əks təqdirdə sizi çox pis nəticə, əks zərbə gözləyəcək.

Tərəzi - narahat, qarışıq, mürəkkəb gündür. Əsas işi yerinə yetirmək üçün aktivliyinizi əvvəlcədən plaqlaşdırın. Söz-söhbət, müzakirələr çox olacaq. Gerçəkdən də, önəmli məlumat ala bilərsiniz. Kənar təsirlərə, yaxın ətrafınızdakı insanların ifrat emosionallığına fikir verməyin. Köhnə əşyalardan qurtulun.

Yeni ideya və planlar formalaşa bilər.