İmmunitet mərkəzi bədənin hansı hissəsindədir?


Digərləri 23 Yan 2022 22:35:00 149 0

İmmunitet mərkəzi bədənin hansı hissəsindədir?

Çin alimləri insan immunitetinin onun onurğasının vəziyyətindən asılı olduğunu bildirir. Həkimlər və insanlar əsrlərdir immunitetin möhkəmlənməsinin bütün xəstəliklərə çarə olduğunu deyir, amma heç kim immunitetin harda yerləşdiyini bilmir.

Uzun illərdir bu axtarışlar davam edir, bir çoxları onun beyində, yeni elmi təcrübələr bağırsaqlarda olduğu fikrini irəli sürür. Lakin bunların heç biri dəqiq deyil.

Son.az xəbər verir ki, qədim Çin təbabəti elə indi də immunitetin mərkəzinin onurğada və sümük iliyində olduğunda israrlıdır.

Nəyə görə?

Çünki onurğa sütunu boyu hərəkət edən onurğa beyni qan dövranının ən çox baş verdiyi hissədir və burda immun hüceyrələr yaranır. Onurğa iliyi daha çox çanaq hissədə və onurğa qığırdaqlarının daxilində yerləşir.

Əgər bir insanın onurğası, qaməti, yerişi əyridirsə, skoliozu, kifozu, yırtığı varsa, belində, kürəyində xroniki ağrılar olursa, deməli onurğa beyin, iliyinin də vəziyyəti normal deyil.

Onurğa beyni onurğa boyu baş beyinə kimi maneəsiz, rahat gedib çatmalıdır. Bunun üçünsə qamət düz, onurğa sütunu hərəkətli olmalıdır. Hərəkət olan yerdə qanla qidalanma və hüceyrə yenilənməsi də baş verir. Kirəclənmiş və hərəkətsiz, əyri onurğa beyində onurğa beyni yaxşı hərəkət etmir və bu insanın sağlam olmasından söhbət gedə bilməz.

Eləcə də immunitetin dirijoru baş beyindir. Məhz beyin bütün orqan və sistemlərə siqnal ötürüb, onlardan cavab siqnallarını alır. Bu siqnallar da onurğa beyni ilə icra olunur. Onurğa beyni zədələndikdə beldən aşağı orqan və toxumalara, ətraflara, eləcə də onurğanın yuxarı hissəsi zədələndikdə qollara beyindən sinir ucları ilə siqnal getmir.

Burdan da o aydın olur ki, immunitetin və bütün bədənin dirijoru olan baş beyin bütün periferiyalarda fəaliyyət göstərməsi üçün onurğa beyindən asılıdır.

Əgər onurğa sütununda pozulmalar, deformasiyalar, əyilmə, iltihab, yırtıq varsa, deməli beyindən bədənə siqnallar da pozulur.

Bəs nə etməli?