ƏDV depozit hesabı üzrə borcun alınması zamanı hansı halda icra sərəncamı göndərilir?


Digərləri 23 Yan 2022 23:34:00 89 0

ƏDV depozit hesabı üzrə borcun alınması zamanı hansı halda icra sərəncamı göndərilir?

Vergi Məcəlləsinə əsasən, bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda vergi orqanının hesabladığı ƏDV üzrə vergi, faiz və ya tətbiq etdiyi maliyyə sanksiyası üzrə borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin vergiödəyicisinin ƏDV depozit hesabında dondurulması barədə vergi orqanı tərəfindən qərar qəbul edilir.

Son.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, məsələyə aydınlıq gətirən iqtisadçı ekspert Anar Bayramovun sözlərinə görə, vergi üzrə digər borcların alınması qaydasında olduğu kimi, ƏDV depozit hesabı üzrə borcun alınması zamanı iki halda vergi orqanı tərəfindən dondurulma yox, icra sərəncamı göndərilir.

"Tutaq ki, vergiödəyicisi vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsində 300 manat vergi öhdəliyinin olmasını bəyan edir. Bu halda, vergi borcunun alınması üçün dondurulma yox, icra prosesi həyata keçiriləcək. Çünki vergiödəyicisinin bəyan etdiyi vergi üzrə borc yaranıb. Digər halda isə vergi orqanı kameral vergi yoxlaması zamanı vergiödəyicisinə ƏDV hesablayır. Vergiödəyicisi vergi orqanına yazılı müraciət edərək vergi borcu ilə razılaşdığını bildirir. Bu zaman artıq vergi orqanı vergiödəyicisinə icra sərəncamı ilə vəsaitin ödənilməsinə icazə verəcək", - deyə A.Bayramov bildirib.

Bəy toydan 3 gün sonra arvadını və onun bacısını bıçaqlayaraq öldürüb like
  • 23 Yan 23:25  
Dünya Bəy toydan 3 gün sonra arvadını və onun bacısını bıçaqlayaraq öldürüb

Tatarıstanda toydan 3 gün sonra bəy həyat yoldaşını və onun bacısını

arrow Ətraflı
Myasnikov yeni ştamların yaranma səbəblərindən danışdı like
  • 23 Yan 23:10  
Digərləri Myasnikov yeni ştamların yaranma səbəblərindən danışdı

Həkim Aleksandr Myasnikov immun çatışmazlığı olan xəstələri COVID-19-u

arrow Ətraflı
Müşviq Abbasov yalan danışır?  FOTO like
  • 23 Yan 22:55  
Digərləri Müşviq Abbasov yalan danışır? FOTO

Xəbər verdiyimiz kimi, Rusiyanın Soçi şəhərində keçirilən KVN komandal

arrow Ətraflı
İlon Mask və Ceff Bezos bir həftədə on milyardlarla dollar itiriblər like
  • 23 Yan 22:44  
Dünya İlon Mask və Ceff Bezos bir həftədə on milyardlarla dollar itiriblər

Dünyanın ən varlı insanları - "Tesla"nın qurucusu İlon Mask və

arrow Ətraflı
Ermənistan prezidentinin səlahiyyətlərini kim icra edəcək? like
  • 23 Yan 22:40  
Dünya Ermənistan prezidentinin səlahiyyətlərini kim icra edəcək?

Ermənistanda növbədənkənar prezident seçkilərinə qədər prezident səla

arrow Ətraflı
Yol qəzasında "BMW" yanıb like
  • 23 Yan 22:20  
Digərləri Yol qəzasında "BMW" yanıb

Ağstafa rayonunun Poylu kəndində "VAZ" və "BMW" markalı

arrow Ətraflı