İçkinin qaraciyəri zəhərlədiyinin 5 əlaməti


Digərləri 23 Yan 2022 22:04:00 133 0

İçkinin qaraciyəri zəhərlədiyinin 5 əlaməti

Həkimlər aydınlaşdırıblar ki, qaraciyər problemləri insan orqanizminin 500-ə qədər həyati funksiyasını poza bilər.

Son.az aztibb.az-a istinadən xəbər verir ki, Britaniyanın "British Liver Trust" təşkilatının həkimləri ilkin mərhələdə bir insanın alkoqol səbəbindən qaraciyər problemlərinin olduğunu göstərən beş əsas əlaməti sadalayıblar.

Qaraciyər müxtəlif toksinləri zərərsizləşdirmək və orqanizmdən çıxarmaqda məsuldur. Buna görə də spirtin hər yeni filtrasiyası ilə orqan hüceyrələrinin bir hissəsi ölür.

Həkimlər alkoqollu içkilər arasında fasilələr etməyi məsləhət görürlər, çünki qaraciyərin bərpası üçün vaxt lazımdır.

Alkoqolla əlaqəli qaraciyər problemlərinin əsas əlamətləri qarın ağrısı, ishal, ürəkbulanma, yorğunluq və ümumi özünü pis hiss etmə əlamətlərdir.