Çox əsəbləşənlər birinci hansı həkimə getməlidir?


Digərləri 23 Yan 2022 22:15:00 172 0

Çox əsəbləşənlər birinci hansı həkimə getməlidir?

Adətən əsəb və sinir sisteminə görə, insanlara nevroloq, psixiatra müayinə üçün getmək tövsiyə olunur. Lakin çox zaman səbəbsiz narahatlıq, əsəbi vəziyyət, təşviş, depressiyanın bir səbəbi qalxanvari vəzdən qaynaqlanır.

Məhz bu orqan əhval-ruhiyyəmizi darmadağın edə bilər.

Son.az xəbər verir ki, istənilən nevroloji problem zamanı hipoterioz və hipertireoz yoxlanmalı və bunlar istisna edilməlidir. Yəni endokrinoloq sizdə bunlardan heç birinin olmadığını təsdiqləyəndən sonra nevroloqa getməlisiz. Bu xüsusilə gənc qızlar və qadınlara aiddir.

Hipoterioz - qalxanvari vəz hormonlarının azalması, çatışmamasıdır. Əsas simptomları: yorğunluq, əzginlik, saçların tökülməsi, dəri, saç quruması, dırnaqların laylanması, iştahın azalması, çəkinin dəyişməsi, həzm sistemi ilə problemlər, hava dəyişkənliyinə reaksiyalar, baş ağrıları və s. Müalicəsi zamanı əlavə hormonlar təyin edilir.

Hipertireoz isə əksinə - qalxanvari vəzinin normadan çox işləməsi və çox hormon sintezidir.

Burda da təşviş, nevroz əlamətləri güclənir, çəkidə arıqlama, qalxanvari vəzin böyüməsi, ürəkbulanma, qarında, mədədə ağrılar, spazmlar, əzələ zəifliyi, ginekoloji problemlər, menstrasiya pozulması baş verə bilər.