“WiFi” şəbəkəsini kənar müdaxilələrdən qorumağın yolları


Digərləri 23 Yan 2022 20:51:00 1478 0

“WiFi” şəbəkəsini kənar müdaxilələrdən qorumağın yolları

"Wi-Fi" fərdi kompüterlər və mobil qurğular kimi simsiz kommunikasiya qurğularına şəbəkə əlaqəsi yaratmağa imkan verən avadanlıqdır. "Wi-Fi" texnologiyasından istifadə etməklə internetə uzaq məsafədən bağlanmaq daha asan və rahat olsa da, təhlükəsizlik məqsədilə "Wi-Fi" şəbəkəsinə qoyulan şifrələrin kənar şəxslər tərəfindən ələ keçirilməsi internetə giriş sürətinin dərhal azalmasına, fərdi məlumatların oğurlanmasına, hətta kibercinayətkarlıq hadisəsinin törədilməsinə gətirib çıxara bilər.

Son.az bildirir ki, bunun qarşısını almaq üçün modem sazlamalarından daxil olaraq "WPS"i (bəzi modemlərdə bu QSS adlanır) söndürmək (disable) lazımdır. Bu, başqa şəxslər tərəfindən "Wi-Fi" şəbəkəsinə edilən müdaxilənin qarşısını alır. Açıq olan "WPS"lərdən istifadə edərək şəbəkəyə sızmaq mümkündür.

Başqa yolla "Wi-Fi" adını axtarış siyahısından gizlətmək (disable) lazımdır. Bunu etməklə "Wi-Fi" əlaqəsinin mövcudluğunu gizlətmək olur və başqaları şəbəkəyə giriş etmək üçün şəbəkənin adını tapa bilmirlər.

"WPA2-PSK" şifrələməsindən (Wi-Fi Protected Access 2, Pre-Shared Key) istifadə etmək ən təhlükəsiz və etibarlı şifrələmə standartı hesab olunur. "Wi-Fi" şifrəsini dəyişib ən azı 8 simvoldan ibarət olan və tərkibində hərf, rəqəm və xüsusi simvollar olan daha mürəkkəb şifrəyə üstünlük verilməlidir.