Həkimdermatoloq: Xallara ehtiyatla yanaşmaq lazımdır


Digərləri 23 Yan 2022 19:39:00 74 0

Həkimdermatoloq: Xallara ehtiyatla yanaşmaq lazımdır

El arasında xallarla əlaqədar çoxlu inanclar var. Onun varlığı xüsusilə qızlarda gözəllik əlaməti kimi qeyd edilir. İndi də həmin yanaşmaya inananlar və onu gözəllik əlaməti kimi qəbul edənlər, hətta dərisinə, üz nahiyəsinə süni xal əlavə etdirənlər də var.

Lakin gözə xoş görünən xallar forma və quruluşuna görə fərqləndiyi kimi, xüsusiyyətinə görə də müxtəlif olur.

Son.az xəbər verir ki, tibb elmləri doktoru, professor, dermatoloq Zülfüqar Fərəcovun dediyinə görə, anadangəlmə və sonradan qazanılan xallar təyinatına görə eyni olmur: "Xallar dəri səviyyəsindən yüksəkliyə qalxmır və ləkə şəklində, qaramtıl və yaxud tünd çəhrayı rəngdə ola bilər. Bəzi hallarda açıq çəhrayı, bəzi hallarda damar mənşəli xallar qırmızımtıl, hətta mavi rəngdə olur. Eyni zamanda virus mənşəli xallar da var".

Dermatoloqun dediyinə görə, müxtəlif xəstəliklərlə əlaqədar, eləcə də endokrinoloji pozuntular, hormonal disbalans, eyni zamanda travma və ultrabənövşəyi şüaların təsiri nəticəsində də bədəndə xallar əmələ gələ bilər.

Xallar həm xoş, həm də bəd xassəli ola bilər. Həkim bu sahədə həssas olmağı məsləhət görür: "Xalların üzərində tüklər olması onun xoşxassəli olduğunu göstərir. Xallar dəri səviyyəsindən yüksəyə qalxırsa, üzərində paycıqlar və tüklər varsa bu, şübhəsiz ki, xoşxassəli sayılır. Ümumiyyətlə, xallara çox ehtiyatla yanaşmaq, onları qıcıqlandırmamaq lazımdır. Erkən yaşda əmələ gələn xallardan qorxmamaq lazımdır, çünki müəyyən müddətdən sonra onlar öz-özünə də sorula bilər. Xallarda artım olarsa, rəngində dəyişikliklər yaranarsa, subyektiv hissiyyatlar meydana gələrsə, kənarları girintili-çıxıntılı olarsa, bədxassəli olmaq ehtimalı var və mütləq mütəxəssislə məsləhətləşmək vacibdir".

Dermatoloq onu da qeyd edib ki, xallara kortəbii şəkildə müdaxilə etmək olmaz.

Qəzada ana və oğlu xəsarət alıb like
  • 23 Yan 19:20  
Digərləri Qəzada ana və oğlu xəsarət alıb

Qazaxda yol nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Gecə klubunda yanğın: 16 ölü like
  • 23 Yan 19:10  
Dünya Gecə klubunda yanğın: 16 ölü

Kamerunun paytaxtı Yaunde şəhərində gecə klubunda yanğın baş verib.

arrow Ətraflı
Sumqayıtda yataqxanada yanğın olub like
  • 23 Yan 19:00  
Digərləri Sumqayıtda yataqxanada yanğın olub

Sumqayıt şəhərində beşmərtəbəli yataqxana binasının dördüncü mərt

arrow Ətraflı
"Spirtli içkisiz qala bilmirdim" like
  • 23 Yan 18:52  
Şou-biznes "Spirtli içkisiz qala bilmirdim"

Məşhur model Bella Hadid müsahibəsində spirtli içki aludəçiliyindən bə

arrow Ətraflı
Brüsseldə on minlərlə insan karantin qaydalarına qarşı nümayişə çıxıb like
  • 23 Yan 18:45  
Dünya Brüsseldə on minlərlə insan karantin qaydalarına qarşı nümayişə çıxıb

Brüsseldə bu gün pandemiya ilə bağlı karantin qaydalarına qarşı Avropa

arrow Ətraflı
Konfet ağacı: Azərbaycanda hər kəsi təəccübləndirən bitki like
  • 23 Yan 18:37  
Digərləri Konfet ağacı: Azərbaycanda hər kəsi təəccübləndirən bitki

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Göyçay dayaq mənt

arrow Ətraflı
"Müxtəlif şəxslər vətəndaşlardan pul alır" like
  • 23 Yan 18:33  
Digərləri "Müxtəlif şəxslər vətəndaşlardan pul alır"

Paytaxt ərazisində yolun hərəkət hissəsini, eləcədə parklanma üçün n

arrow Ətraflı
Papadan Ukrayna çağırışı: like
  • 23 Yan 18:30  
Dünya Papadan Ukrayna çağırışı:

Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Sülh Duası Gününün

arrow Ətraflı
Danimarkada "omikron" ştamının yeni variantı yayılıb like
  • 23 Yan 18:22  
Dünya Danimarkada "omikron" ştamının yeni variantı yayılıb

Danimarkada koronavirusun "omikron" ştamının yeni altvariantı - BA

arrow Ətraflı
Gəncədə ata və azyaşlı qızı dəm qazından zəhərlənib, ata ölüb like
  • 23 Yan 18:15  
Digərləri Gəncədə ata və azyaşlı qızı dəm qazından zəhərlənib, ata ölüb

Gəncədə dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

arrow Ətraflı
Bosfor boğazı hər iki istiqamətdə gəmilərin hərəkəti üçün bağlanıb like
  • 23 Yan 18:07  
Dünya Bosfor boğazı hər iki istiqamətdə gəmilərin hərəkəti üçün bağlanıb

Türkiyədə Qara və Mərmərə dənizlərini birləşdirən Bosfor boğazı h

arrow Ətraflı
Mövsümi depressiya ilə necə mübarizə aparaq? like
  • 23 Yan 18:00  
Digərləri Mövsümi depressiya ilə necə mübarizə aparaq?

Rusiyalı klinik psixoloq, yazıçı və teleaparıcı Mixail Xors mövsümi dep

arrow Ətraflı