Azərbaycanlı aktrisa evindən 80 min avroluq qızıl oğurlandığını iddia edir, qarşı tərəf isə...


Şou-biznes 23 Yan 2022 19:59:00 97 0

Azərbaycanlı aktrisa evindən 80 min avroluq qızıl oğurlandığını iddia edir, qarşı tərəf isə...

Aktrisa Çimnaz Sultanova evindən külli miqdar dəyərində oğurluq edildiyini iddia edib.

Son.az bildirir ki, bu barədə APA-ya aktrisanın özü məlumat verib.

Aktrisa bildirib ki, oğurluq hadisəsi 2018-ci ildə yaşadığı Binəqədi rayonu ərazisində yerləşən evdə baş verib.

Ç.Sultanovanın sözlərinə görə, prodüser Zərif Əlixanova yeniyetmə qızı ilə birgə müxtəlif vaxtlarda yaşadığı evdən 80 min avro dəyərində qızıl-zinət əşyaları oğurlayıblar:

"Zərif əvvəllər "Lider" televiziyasında prodüser işləyirdi. Bir neçə dəfə onun verilişində qonaq olduqdan sonra münasibətimiz yarandı və rəfiqə olduq. Bundan sonra Zərif vaxtaşırı olaraq bizə qonaq gəlirdi. Evimdən oğurluq etdiyini biləndə çox məyus oldum. Bunları etdiyi ilk vaxtlarda məndə xahiş etdi ki, polisə məlumat vermə, əvvəl 40 min manat verəcəm, sonra da qalanını ödəyəcəm. Üstündən xeyli müddət keçdi ödəmədi.

Məsələ ilə bağlı Binəqədi Rayon Polis İdarəsinə müraciət etdim. Sonra Zərif oğurluq əməlini məktəbli qızının üstünə atdı. Qızı da müstəntiqə ifadə verərkən deyib ki, qızılları o oğurlayıb sonra da hamısını nəyəsə büküb atıb. Amma mən əminəm ki, uşaq belə bir şey edə bilməz".

Ç.Sultanova qeyd edib ki, 4 il keçəndən sonra polis yenidən araşdırmaya başlasa da hələ ki, bir nəticə əldə olunmayıb.

İddia ilə bağlı Zərif Əlixanova bildirilib ki, aktrisanın dedikləri həqiqəti əks etdirmir.

Zərif Əlixanovanın sözlərinə görə, Çimnaz Sultanovanın müraciəti ilə bağlı iki dəfə Binəqədi Rayon Polis İdarəsində araşdırma başlanılsa da cinayət işinin açılması rədd edilib. Ərizəçi verilən qərarlardan narazı olaraq, Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edib və yenidən araşdırma davam edib:

"Hazırda iş üzrə icraat dayandırılıb. Lakin ərizəçi araşdırmanın nəticəsini gözləmədən bizim hüquqlarımızı kobud şəkildə pozur. O, mənim, ailəmin, övladımın şəkillərini paylaşaraq şərəf və ləyaqətimizi alçaldır. Özündən hökm çıxarıb çağırışlar edir. Cinayət Məcəlləsinin 156-cı maddəsinə görə bu kimi addımlar, şəxsi həyata toxunulmazlıq hüququnu kobud şəkildə tapdalayır və bu əməlləri törədən hər addıma görə, hüquqi məsuliyyət daşıyır. Şəxsin törətdiyi bu qanunsuz addımlara görə, azyaşlı övladım ciddi psixoloji sarsıntı keçirib, hətta intihar həddinə çatıb. Qeyd edilənlərə və Konstitusiyanın 26-57-ci maddələrində nəzərdə tutulmuş hüquqlarımdan istifadə edərək Cinayət Məcəlləsinin 204-cü maddəsinə əsasən, aktrisanın qanunsuz əməlləri barədə hüquq mühafizə orqanlarına müraciət etmişik. Növbəti günlərdə isə Ombudsman Aparatına, Daxili İşlər Nazirliyinə və digər aidiyyatı qurumlara rəsmi şikayət ərizəsini təqdim edəcəyik".

Z.Əlixanova hal-hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparıldığını deyib. Buna görə də o hüquq müstəvisində həll olunacaq məsələ barədə sosial şəbəkədə və media qurumlarında heç bir məlumat verməyəcəyini bildirib.

O, həmçinin media nümayəndələrinə və sosial şəbəkə istifadəçilərinə müraciət edərək, hüquqi qiymət verilməyən məsələ ilə bağlı yayılan məlumatlara görə məsuliyyət daşıdıqlarını xatırladıb.

Xatırladaq ki, Zərif Əlixanova yazıçı Vaqif Əlixanlı ilə jurnalist, əməkdar incəsənət xadimi Şəfəq Əlixanovanın qızıdır.

Çay evində yanğın olub like
  • 23 Yan 19:54  
Digərləri Çay evində yanğın olub

Biləsuvar şəhərində ümumi sahəsi 50 m² olan birmərtəbəli çay evinin

arrow Ətraflı
Ovçu, insaf elə, keçmə bu düzdən...  FOTO like
  • 23 Yan 19:49  
Digərləri Ovçu, insaf elə, keçmə bu düzdən... FOTO

Şirvan Milli Parkı bütün fəsillərdə əsrarəngiz təbiət mənzərələri

arrow Ətraflı
Yaponiya və ABŞ nüvə aviadaşıyıcılarının iştirakı ilə birgə təlimlər keçiriblər like
  • 23 Yan 19:44  
Dünya Yaponiya və ABŞ nüvə aviadaşıyıcılarının iştirakı ilə birgə təlimlər keçiriblər

17-22 yanvar tarixlərində Okinavanın cənubunda Yaponiya Özünümüdafiə Q

arrow Ətraflı
Qəzada ana və oğlu xəsarət alıb like
  • 23 Yan 19:20  
Digərləri Qəzada ana və oğlu xəsarət alıb

Qazaxda yol nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Gecə klubunda yanğın: 16 ölü like
  • 23 Yan 19:10  
Dünya Gecə klubunda yanğın: 16 ölü

Kamerunun paytaxtı Yaunde şəhərində gecə klubunda yanğın baş verib.

arrow Ətraflı
Sumqayıtda yataqxanada yanğın olub like
  • 23 Yan 19:00  
Digərləri Sumqayıtda yataqxanada yanğın olub

Sumqayıt şəhərində beşmərtəbəli yataqxana binasının dördüncü mərt

arrow Ətraflı
"Spirtli içkisiz qala bilmirdim" like
  • 23 Yan 18:52  
Şou-biznes "Spirtli içkisiz qala bilmirdim"

Məşhur model Bella Hadid müsahibəsində spirtli içki aludəçiliyindən bə

arrow Ətraflı
Brüsseldə on minlərlə insan karantin qaydalarına qarşı nümayişə çıxıb like
  • 23 Yan 18:45  
Dünya Brüsseldə on minlərlə insan karantin qaydalarına qarşı nümayişə çıxıb

Brüsseldə bu gün pandemiya ilə bağlı karantin qaydalarına qarşı Avropa

arrow Ətraflı
Konfet ağacı: Azərbaycanda hər kəsi təəccübləndirən bitki like
  • 23 Yan 18:37  
Digərləri Konfet ağacı: Azərbaycanda hər kəsi təəccübləndirən bitki

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Göyçay dayaq mənt

arrow Ətraflı
"Müxtəlif şəxslər vətəndaşlardan pul alır" like
  • 23 Yan 18:33  
Digərləri "Müxtəlif şəxslər vətəndaşlardan pul alır"

Paytaxt ərazisində yolun hərəkət hissəsini, eləcədə parklanma üçün n

arrow Ətraflı
Papadan Ukrayna çağırışı: like
  • 23 Yan 18:30  
Dünya Papadan Ukrayna çağırışı:

Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Sülh Duası Gününün

arrow Ətraflı