Ovçu, insaf elə, keçmə bu düzdən... FOTO


Digərləri 23 Yan 2022 19:49:00 155 0

Ovçu, insaf elə, keçmə bu düzdən...  FOTO

Şirvan Milli Parkı bütün fəsillərdə əsrarəngiz təbiət mənzərələri ilə diqqəti çəkir. Parkın ərazisi bu günlərdə ağ örpəyə bürünüb. Qış fəslində parkdakı ceyranlar isə sanki boya ilə işlənmiş gözoxşayan kopmozisiyanı tamamlayır.

Son.az AZƏRTAC-a istinadən azərbaycanlı peşəkar fotoqraf Lyokinin Salyanda, Şirvan Milli Parkından çəkdiyi bir-birindən gözəl fotoları təqdim edir.

Qeyd edək ki, parkda ceyranların populyasiyası üçün əlverişli şərait var. 2010-cu ildən icrasına başlanılmış "Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası" layihəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Heydər Əliyev Fondu, İDEA Kampaniyası və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun dəstəyi ilə həyata keçirilməkdədir.

Milli parkın ərazisində ekosistem təkcə ceyranlar deyil, digər flora və fauna növləri də qorunmaqla kompleks şəkildə mühafizə olunur.