Alman admiralın adı qara siyahıya salındı


Dünya 23 Yan 2022 17:07:00 118 0

Alman admiralın adı qara siyahıya salındı

Almaniya Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Kay-Akxim Şönbax Ukraynanın "Mirotvorets" saytının siyahısına salınıb.

Son.az Axar.az-a istinadən xəbər verir ki, buna səbəb Şönbaxın Ukrayna əleyhinə çıxışları olub.

Şönbax Krımın heç vaxt Ukraynanın tərkibinə daxil olmayacağı və ölkənin NATO-nun üzvlük meyarlarına cavab verə bilməyəcəyi barədə açıqlama verib.

Qeyd edək ki, "Mirotvorets" saytına ölkə ərazisindəki qondarma respublikalara yardım edənlərin, qondarma respublikanın döyüşçülərinin, vətən xainlərinin, eləcə də Krıma qanunsuz səfər edənlərin adları yüklənilir.