COVID19 əleyhinə peyvənd olunanların sayı açıqlandı


Digərləri 23 Yan 2022 17:49:00 178 0

COVID19 əleyhinə peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 22 586 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Son.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 042, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 222, buster doza üzrə vaksinasiya olunanların sayı isə 18 422 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 813 840, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 214 124, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 729 272, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 870 444 təşkil edir.