Emosional tükənmənin əsas əlaməti


Digərləri 23 Yan 2022 16:00:00 149 0

Emosional tükənmənin əsas əlaməti

Ailə və uşaq məsləhətçisi, məşqçi və psixoloq Yekaterina Davıdova işdə tükənmişliyin əsas simptomunu açıqlayıb.

"Ən mühüm əlamət narazılıqdır. Məhsuldarlıq azalır, xroniki yorğunluq yaranır", - deyə ekspert bildirib.

Psixoloq izah edib ki, tükənmə zamanı insanı işin əvvəlində cəlb edən motivasiya artıq ona təsir etmir. Bu vəziyyətdə orqanizm stressə reaksiya verir və müxtəlif yollarla onun öhdəsindən gəlməyə çalışır.

"Əksəriyyət üçün bu, fiziki simptomlarda özünü göstərir - tez-tez xəstəliklər baş verir. Kimsə müntəzəm olaraq içməyə başlayır", - deyə psixoloq qeyd edib.