“Qarabağ məsələsində Ermənistana qarşı çıxan kimi Qərbin mənə marağı itdi”


Siyasət 23 Yan 2022 14:57:00 107 0

“Qarabağ məsələsində Ermənistana qarşı çıxan kimi Qərbin mənə marağı itdi”

"Qərbdə bəzi insanlar deyirdilər ki, mən Qarabağ məsələsində Ermənistana qarşı çıxsam, məni dəstəklədiklərinə görə peşman olacaqlar. Bu barədə əvvəlcədən bilsəydim, onların dəstəyindən dərhal imtina edərdim".

Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, bunu almandilli "Zenit" jurnalına müsahibəsində jurnalist Xədicə İsmayılova deyib.

"Nəyə görə mənə icazə verilir ki, Ermənistanın yox, təkcə Azərbaycan hökumətinin problemlərini işıqlandırım? Bu, təkcə Əliyevin müharibəsi deyil, bütün Azərbaycan xalqının müharibəsidir.

600 min insan öz ölkələrində qaçqın vəziyyətinə düşüb. Mən Əliyevi dəstəkləmirəm, amma o, Qarabağla bağlı haqlıdır, çünki Ermənistan beynəlxalq hüququ pozaraq ölkəmizi işğal edib", - X.İsmayıl qeyd edib.

Jurnalistin sözlərinə görə, o, Azərbaycan hakimiyyətini tənqid edəndə Qərbdə ona tələbat olub, lakin Qarabağ münaqişəsi ilə bağlı mövqeyini bildirən kimi ona olan maraq itib.

İsmayılova vurğulayıb ki, ötən il ona qanuni yolla Azərbaycanı tərk etmək icazəsi verilib, lakin bundan əvvəl Qərb ölkələrinə davamlı olaraq dəvət olunurdusa, indi belə dəvətlər yoxdur:

"Yenidən sərbəst hərəkət edə bilirəm, lakin görünür ki, daha heç kimə lazım deyiləm. Bu, depressiyaya səbəb olur".

Jurnalist iddia edir ki, "kimisə sevindirmək və ya xaricdən daha çox alqış almaq" üçün Qarabağın Ermənistan tərəfindən işğalı ilə bağlı inanclarından əl çəkməyə hazır deyil.

Onun sözlərinə görə, Ermənistan tərəfdən heç kim Qarabağın işğalını tənqid etmir və erməni hərbi cinayətlərinin araşdırılmasını tələb etmir, yeganə istisna mərhum Georgi Vanyan olub...

Qarabağ məsələsində müxalif jurnalist Azərbaycan rəhbərliyi ilə həmrəydir. Müsahibin guya "Azərbaycanın hakimiyyəti Qarabağ ermənilərini Azərbaycan hakimiyyəti altında yaşamaq imkanından məhrum edir" sitatını şərh edən İsmayılova qeyd edib:

"Münaqişə İlham Əliyevlə başlamayıb. Ən şiddətli toqquşmalar onun hakimiyyətə gəlməsindən xeyli müddət əvvəl baş verib. Ona görə də mən bu arqumenti qəbul etmirəm. Əslində, fikirləşsəniz, yalandır".

Son.az 

Masallıda qanunsuz ov edən şəxs saxlanılıb like
  • 23 Yan 14:52  
Digərləri Masallıda qanunsuz ov edən şəxs saxlanılıb

Masallı rayonunda qanunsuz ov edən şəxs saxlanılıb

arrow Ətraflı
Həkim: Temperaturunuz 3 günə düşməsə... like
  • 23 Yan 14:45  
Digərləri Həkim: Temperaturunuz 3 günə düşməsə...

Azərbaycanda yayılan virusun influenza olmasını təxmin edirik. Onun bu form

arrow Ətraflı
Ermənistanda koronavirusa yoluxanların sayı 351 mini ötüb like
  • 23 Yan 14:22  
Dünya Ermənistanda koronavirusa yoluxanların sayı 351 mini ötüb

Ermənistanda son sutkada daha 814 nəfərdə COVID-19 aşkarlanıb.

arrow Ətraflı
Gürcüstanda koronavirusa 9 696 yeni yoluxma qeydə alınıb, 28 nəfər ölüb like
  • 23 Yan 14:07  
Dünya Gürcüstanda koronavirusa 9 696 yeni yoluxma qeydə alınıb, 28 nəfər ölüb

Gürcüstanda ötən sutka ərzində koronavirus infeksiyasına 9 696 yeni yolux

arrow Ətraflı
Balakəndə 75 yaşlı kişi yanaraq ölüb like
  • 23 Yan 13:52  
Digərləri Balakəndə 75 yaşlı kişi yanaraq ölüb

Balakəndə 75 yaşlı kişi yanaraq ölüb.

arrow Ətraflı
Gül yarpağından gələn like
  • 23 Yan 13:45  
Digərləri Gül yarpağından gələn

Gül suyu və yağının ürək üçün xeyirli olduğunu yəqin hər kəs bilir

arrow Ətraflı
“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi like
  • 23 Yan 13:42  
Kriminal “Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi

Rusiyanın əməkdar artisti, Vladimir Mayakovski adına Moskva Akademik Teatrı

arrow Ətraflı
Goranboyda ağır qəza like
  • 23 Yan 13:39  
Digərləri Goranboyda ağır qəza

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

arrow Ətraflı
“Xoşqədəm yox, Xoşqədəm xanım” like
  • 23 Yan 13:37  
Şou-biznes “Xoşqədəm yox, Xoşqədəm xanım”

Aparıcı Xoşqədəm Hidayətqızı və xanımı intihar edən Elvin adlı şə

arrow Ətraflı
Bu geni daşıyanlar koronavirusu daha yüngül keçirirlər like
  • 23 Yan 13:30  
Digərləri Bu geni daşıyanlar koronavirusu daha yüngül keçirirlər

İsveçin Karolinska İnstitutunun alimləri COVİD-19-un yayılmasına mane ola

arrow Ətraflı
Pərəstişkarını döyən milyarder repçi həbs oluna bilər like
  • 23 Yan 13:22  
Digərləri Pərəstişkarını döyən milyarder repçi həbs oluna bilər

Xəbər verdiyimiz ki, məşhur milyarder repçi Kanye Uest bir müddət əvvəl

arrow Ətraflı