Bu geni daşıyanlar koronavirusu daha yüngül keçirirlər


Digərləri 23 Yan 2022 13:30:00 117 0

Bu geni daşıyanlar koronavirusu daha yüngül keçirirlər

İsveçin Karolinska İnstitutunun alimləri COVİD-19-un yayılmasına mane olan yeni bir genin kəşf edildiyini açıqlayıblar.

Son.az Axar.az-a istinadən xəbər verir ki, aparılan araşdırmada COVİD-19-a qarşı anadangəlmə immunitet olan insanlarda yeni gen aşkar edilib.

Mütəxəssislər bu genin əcdadları Afrikadan gələn hər 10 fərddən 8-də tapıldığını bildiriblər. Bu geni daşıyan insanların koronavirusu digərlərinə nisbətən 20 faiz daha yüngül keçirdiyi qeyd edilib.