“Xoşqədəm yox, Xoşqədəm xanım”


Şou-biznes 23 Yan 2022 13:37:00 247 1

“Xoşqədəm yox, Xoşqədəm xanım”

Aparıcı Xoşqədəm Hidayətqızı və xanımı intihar edən Elvin adlı şəxs arasında efirdə gərginlik yaşanıb. 

Son.az OLAY-a istinadən yazır ki, sözügedən şəxs proqrama telefonla bağlanıb. Bu zaman aparıcı ona xanımını Şəbnəmin intiharı ilə bağlı suallar ünvanlayıb. Suallardan sonra gərginləşən Elvin Əməkdar jurnalistə sadəcə adı ilə , "sən" deyərək xitab edib. X. Hidayətqızı isə onun müraciət formasına qəzəblənərək danışıq tərzinə fikir verməsini istəyib:

"Xoşqədəm yox, Xoşqədəm xanım. Mən yaşda da, bütün mənalarda da səndən böyüyəm. Danışıq tərzini, müraciət formasını biləcəksiniz. Mən sənin qarşında balası üçün susan, bu yazıq ata-ana deyiləm".