Goranboyda ağır qəza


Digərləri 23 Yan 2022 13:39:00 127 0

Goranboyda ağır qəza

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Son.az xəbər verir ki, hadisə rayonun Naftal-Qızılhacılı yolunda baş verib.

Eyni istiqamətdə hərəkət edən VAZ 21099 markalı, 22 BF 937 dövlət nömrə nişanlı avtomobillə BMW markalı, 20 EM 319 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində iki nəfər ölüb. Ölənlər 22 BF 937 dövlət nömrə nişanlı maşının sərnişinləri, Təhlə kənd sakinləri, 1968-ci il təvəllüdlü Tanrıverdiyeva Aybəniz Əli qızı və onun bacısı Tanrıverdiyeva Vəzifə Əli qızıdır.

Yaralılar Təhlə kənd sakinləri - 1982-ci il təvəllüdlü Əliyev Rəsul Eldar oğlu, doqquz yaşlı Əlizadə Cəmilə Rəsul qızı, 1990-cı il təvəllüdlü Əliyeva Sənəm Məmməd qızı, 1972-ci il təvəllüdlü Əliyeva Dilarə Eldar qızı, 1985-ci il təvəllüdlü Qızılhacılı qəsəbəsi sakini Orucov İkram İbrahim oğludur. Onun BMW-nin sürücüsü olduğu bildirilir.

Yaralılar xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son.az