Gürcüstanda koronavirusa 9 696 yeni yoluxma qeydə alınıb, 28 nəfər ölüb


Dünya 23 Yan 2022 14:07:00 102 0

Gürcüstanda koronavirusa 9 696 yeni yoluxma qeydə alınıb, 28 nəfər ölüb

Gürcüstanda ötən sutka ərzində koronavirus infeksiyasına 9 696 yeni yoluxma faktı təsdiqlənib.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Məlumata əsasən, daha 5 408 nəfər müalicə olunaraq sağalıb, 28 pasiyent isə vəfat edib.

Pandemiya başlayandan indiyədək qonşu ölkədə COVID-19-a 1 051 445 nəfər yoluxub. Onların 962 035-i sağalıb, 14 701-i isə dünyasını dəyişib.