Ürək xəstəliklərinin nadir rast gəlinən səbəbi aşkarlanıb


Digərləri 23 Yan 2022 14:15:00 234 0

Ürək xəstəliklərinin nadir rast gəlinən səbəbi aşkarlanıb

Səhər yeməyi zamanı istifadə edilən kərə yağı və pendirdən ibarət sendviç sağlamlıq üçün təhlükəlidir.

Son.az "Report"a istinadən xəbər verir ki, bu barədə rusiyalı qastroenteroloq Sergey Vyalov instaqram səhifəsində qeyd edib.

Həkim bildirib ki, tez-tez istifadə edilən sendviçlər mədəaltı vəziyə həddən artıq yüklənir. Nəticədə pankreatitin inkişaf riski artır.

Bundan əlavə, belə qəlyanaltı ürək-damar sisteminə də zərər verə bilər. Heyvan mənşəli qidalar qanda xolesterin və triqliseridlərin səviyyəsini yüksəldir, ateroskleroz tez inkişaf edir. Həmçinin ürəyin işemik xəstəliyi yaranır, infarkt riski artır.