Ermənistanda koronavirusa yoluxanların sayı 351 mini ötüb


Dünya 23 Yan 2022 14:22:00 117 0

Ermənistanda koronavirusa yoluxanların sayı 351 mini ötüb

Ermənistanda son sutkada daha 814 nəfərdə COVID-19 aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 351 711-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 8 028-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 523 nəfərdir. İndiyədək 334 218 pasiyent infeksiyadan sağalıb.