Aksessuar seçərkən buraxılan


Digərləri 23 Yan 2022 11:30:00 114 0

Aksessuar seçərkən buraxılan

Aksessuarlar xarici görünüşün əsas və tamamlayıcı hissəsidir. Lakin bəzən onların seçimində səhvlərə yol verilir.

Son.az Axşam.az-a istinadən aksesuar seçimində buraxılan səhvləri təqdim edir.

Hamısı eyni tonda olmalıdır

Ayaqqabı və çantaların eyni tonda seçilmə stereotipləri artıq çoxdan qırılıb. Eyni vəziyyət aksesuarlar üçün də keçərlidir. Məsələn, eyni rəngdə əlcək, şapka, şərf, kəmər seçimi görüntü olaraq sadəcə darıxdırıcıdır. Onlardan birini əsas geyim parçasında olan rənglə eyniləşdirə bilərsiniz. Və ya onlardan ən azı birini başqa bir rəngdə seçməyə çalışın. Rənglərlə oynamağa, geyiminizlə diqqət mərkəzində olmağa çalışın. İstənilən əlavə bir rəng geyimi daha canlı və maraqlı edəcəkdir.

Qızıl və gümüşü qarışdırmaq olmaz

Uzaq keçmişi olan başqa bir stereotip. Əvvəllər zərgərlik modası müxtəlif çalarlı metalları birlikdə istifadəyə icazə vermirdi. Ancaq indi zaman dəyişib: eklektizm və uyğunsuzluqların birləşməsi dəbdədir. Eyni anda müxtəlif metallardan olan bir neçə qolbaq və üzüyü birləşdirə bilərsiniz.  

Şalvar və ya ətəklər kəmər tələb edir

Bir çoxu mütləq şəkildə şalvar və ya ətəyi kəmərlə tamamlanmalı olduğuna inanır. Kəmərsiz geyimin qəribə və yarımçıq göründüyünü düşünür. Lakin bu hər zaman belə deyil. Bəzən kəmər sadəcə maneə törədir və özünə çox diqqət çəkir. Xüsusən onun üzərində nəzərə çarpan bəzək varsa, digər geyimin gözəlliyi onun fonunda itir. Buna görə də sizin üçün özəl olan şalvar və ətəkləri kəmərsiz geyniməyə başlayın.