Avropanın enerji komissarı Azərbaycana gəlir


Siyasət 23 Yan 2022 09:32:00 147 0

Avropanın enerji komissarı Azərbaycana gəlir

Avropa İttifaqı tərəfdaşları ilə bloka qaz tədarükünün artırılması imkanları ilə bağlı danışıqlar aparır.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Avropa Komissiyasının enerji məsələləri üzrə üzvü Kadri Simson Aİ enerji nazirlərinin qeyri-rəsmi toplantısının keçirildiyi Fransanın Amiens şəhərində mətbuat konfransı zamanı deyib.

Kadri Simson Avropaya qaz tədarükünün artırılması yollarını müzakirə etmək üçün fevralda Azərbaycan və ABŞ-da keçiriləcək konfranslarda iştirak edəcəyini bildirib.

Onun sözlərinə görə, nazirlər Ukrayna böhranının səbəb olduğu bazar qeyri-müəyyənliyini və son aylarda Rusiyadan tədarükün əhəmiyyətli dərəcədə azalmasını müzakirə etmək üçün Amiens şəhərində görüşüblər.

"Mesajım ondan ibarətdir ki, Avropanın etibarlı, yaxşı şaxələndirilmiş və dayanıqlı qaz infrastrukturu, habelə fövqəladə hallar zamanı aydın həmrəylik prosedurları var", - deyə o bildirib.

K.Simson əlavə edib: "Lakin biz son dərəcə diqqətli olmalı, risklərə hazırlığımızı artırmalı və üzv dövlətlər arasında həmrəyliyi gücləndirməliyik".