Bu əlamətlər varsa... Bağırsaq xərçəngindən şübhələn


Digərləri 22 Yan 2022 23:15:00 157 0

Bu əlamətlər varsa...  Bağırsaq xərçəngindən şübhələn

Bağırsaq şişinin ilkin mərhələsi poliplərlə başlayır. Poliplər bağırsağın xoşxassəli törəməsidir, lakin sonradan bədxassəliyə çevrilə bilər.

Medicina.az bağırsaq xərçənginin yaranma səbəblərini təqdim edir:

- Genetik irsi amillər. Nənə-baba, valideynlərdə bağırsaq polip və şişləri varsa, uşaqlarda yaranma riski 50%-dən çoxdur

- Bağırsaqlarda illərlə davam edən kolit, Kron xəstəliyi, iltihabi proseslər

Bağırsaq onkologiyasının əlamətləri:

- Qarında yayılmış ağrılar

- İştahanın kəsilməsi

- Ət yeməkdən imtina

- Diareya və qəbizliyin uzun müddət davam etməsi

- Nəcisdə və anusda qan izləri

- Nəcisin qara rəng alması

- Hərarətin səbəbsiz yüksək olması

- Qanazlığı