Rəsulullahın hicrəti


Digərləri 22 Yan 2022 23:20:00 173 0

Rəsulullahın hicrəti

Peyğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - zövcəsi Aişə demişdir: "Bir dəfə günortaüstü biz Əbu Bəkrin evində oturduğumuz zaman kimsə ona dedi: "Budur, Allahın Rəsulu üzünü gizləyərək gəlir." Belə vaxtlarda, adətən, o, bizə gəlməzdi! Əbu Bəkr dedi: "Atam-anam ona fəda olsun! Allaha and olsun ki, belə bir saatda onun buraya gəlməsi üçün olduqca mühüm bir səbəb olmalıdır!" Allahın Rəsulu evə yaxınlaşdı və içəri girməyə icazə istədi. Ona izn verildi və o, içəri daxil oldu. Sonra Peyğəmbər Əbu Bəkrə buyurdu: "Burada olanların hamısına tapşır ki, bayıra çıxsınlar." Əbu Bəkr dedi: "Burada sənin ailə üzvlərindən başqa heç kim yoxdur, atam sənə fəda olsun, ya Rəsulullah!" Peyğəmbər buyurdu: "Mənə buradan çıxıb getməyə izn verildi!" Əbu Bəkr dedi: "Mən də səni müşayiət edəcəyəm? Atam sənə fəda olsun, ya Rəsulullah!" Peyğəmbər buyurdu: "Bəli!" Əbu Bəkr dedi: "Atam sənə fəda olsun, ya Rəsulullah, bu dişi dəvələrdən birini özünə götür!" Peyğəmbər buyurdu: "Ancaq pulunu vermək şərtilə." Biz tezliklə onların əşyalarını bir dəri kisəyə yığıb yola hazırladıq, Əbu Bəkrin qızı Əsma isə öz toqqasından bir parça kəsib onunla dəri kisənin ağzını bağladı. Elə buna görə də sonralar Əsmanı "ikitoqqalı" adlandırmağa başladılar.

Peyğəmbərin Əbu Bəkrlə mağaraya sığınması             Sonra Peyğəmbər Əbu Bəkrlə birlikdə gedib Sövr dağında olan mağaraya sığındılar və üç gün ərzində orada qaldılar.

Uca Allah Qurani Kərimdə bu haqda belə buyurur: "Əgər siz Peyğəmbərə kömək etməsəniz, bilin ki, Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq Məkkədən çıxartdılar. O iki nəfər mağarada olarkən onlardan biri öz yoldaşına (Əbu Bəkrə) dedi: "Qəm yemə, Allah bizimlədir!" Bundan sonra Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allahın Sözü ucadır. Allah Qüdrətlidir, Müdrikdir" (ət-Tövbə, 40).

Orada onlarla bərabər Əbu Bəkrin fərasətli və zirək olan gənc oğlu Abdullah da gecələyirdi. O, dan yeri açılanadək onları tərk edir və səhər artıq qureyşlilərin arasında olurdu ki, onun gecəni şəhərdə keçirdiyini fikirləşsinlər. Qureyşlilərin onlara qarşı hər hansı bir niyyətləri olması haqqında bir şey eşitdikdə, o, bunu yadda saxlayırdı ki, hava qaranlıqlaşan kimi mağaraya gedib eşitdiklərini onlara xəbər versin. Əbu Bəkrin azad etdiyi köləsi Amir ibn Fuheyrə isə sağmal qoyunları onların yaxınlığında otarır, qaranlıq düşəndən bir qədər sonra onları dincəlmək üçün mağaranın yanına gətirir və nəticədə orada gizlənənlərin həmişə təzə və isti qoyun südləri olurdu. O, qoyunları hələ qaranlıq ikən otlağa sürüb aparırdı. Amir ibn Fuheyrə bu üç gündə hər gün belə etdi. Buna qədər isə Allahın Elçisi və Əbu Bəkr Bəni Abd ibn Adi nəslindən olan, Bəni əd-Dil qəbiləsinə mənsub təcrübəli bir bələdçi tutmuşdular. Bu qəbilə, As ibn Vail əs-Səhmi ailəsinin müttəfiqi idi və onlar kafir qureyşlilərin dininə sitayiş edirdilər. Onlar etibar edib öz dəvələrini ona vermişdilər və ondan da söz almışdılar ki, üç gündən sonra onların dəvələrini Sövr dağındakı mağaraya gətirsin. O, doğrudan da, üçüncü günün səhəri dəvələri onların yanına gətirdi və bundan sonra onlar Amir ibn Fuheyrə və həmin bələdçi ilə birlikdə yola düşdülər. Bələdçi onları dəniz sahili ilə apardı."

Peyğəmbərin Mədinəyə gəlişi             ... Allahın Elçisi Şamdan qayıdan müsəlman tacirlərinin karvanında gələn Zubeyrlə rastlaşmış və həmin vaxt Zubeyr Allahın Elçisinə və Əbu Bəkrə ağ paltarlar vermişdir. Bu ərəfədə Mədinə müsəlmanları Allahın Elçisinin Məkkəni tərk etdiyini bilib, hər səhər qaralmış daş-kəsəklərlə dolu sahəyə çıxıb onu gözləyir və günorta günəş onları yandırmağa başlayanda geriyə qayıdardılar. Bir dəfə yenə də adamlar xeyli gözləyib, yenə geri qayıtdılar. Lakin onlar artıq evlərinə dağılışdıqları zaman hansısa bir yəhudi mühafizə qüllələrindən birinə çıxdı ki, nəyə isə baxsın və Allahın Elçisinin və onun yoldaşlarının ağ libaslarda gəldiklərini gördü. Onlar gah görünür, gah da ilğımda görünməz olurdular. Yəhudi özünü saxlaya bilməyib var gücü ilə bağırdı: "Ey ərəblər! Sizin yolunu gözlədiyiniz babanız gəlir, axır ki, gəlib çıxdı!"       Müsəlmanlar silahlarını götürüb Allahın Elçisini qaralmış daş-kəsəklərlə dolu sahənin yuxarı tərəfində qarşıladılar. Bundan sonra Peyğəmbər onlarla birlikdə sağ tərəfə dönüb Qubadakı Bəni Amr ibn Auf oğullarının evlərinə qədər getdi. Bu rəbiul-əvvəl ayının bazar ertəsi günü olmuşdu. Əbu Bəkr dayanıb adamları qarşılayır, Peyğəmbər isə sakitcə oturmuşdu. Elə buna görə əvvəllər Peyğəmbəri görməmiş ənsardan bəziləri Əbu Bəkrin yanına gəlib onu salamlamağa başladılar. Fəqət günəş şüaları Peyğəmbərin üstünə düşməyə başlayanda Əbu Bəkr Peyğəmbərə yaxınlaşıb onu günəşdən qorumaq üçün paltarı ilə üstünə kölgə salmağa başladı və camaat kimin Peyğəmbər olduğunu başa düşdü.

ABŞ Ukraynadan diplomatların təxliyəsinin like
  • 22 Yan 23:16  
Dünya ABŞ Ukraynadan diplomatların təxliyəsinin

ABŞ Dövlət Departamenti yanvarın 24-dən etibarən ABŞ-ın Ukraynadakı sə

arrow Ətraflı
Bu əlamətlər varsa...  Bağırsaq xərçəngindən şübhələn like
  • 22 Yan 23:15  
Digərləri Bu əlamətlər varsa... Bağırsaq xərçəngindən şübhələn

Bağırsaq şişinin ilkin mərhələsi poliplərlə başlayır. Poliplər bağ

arrow Ətraflı
"Bizi təbiət yaratmışdır" deyənlərə cavab like
  • 22 Yan 23:10  
Digərləri "Bizi təbiət yaratmışdır" deyənlərə cavab

Müasir dövrdə insanlar arasında kainatın təbiət tərəfindən yaradılmas

arrow Ətraflı
Bu şəxslərə çay içmək zərərlidir like
  • 22 Yan 23:05  
Digərləri Bu şəxslərə çay içmək zərərlidir

Çay hər bir azərbaycanlının su əvəzi qəbul etdiyi mayedir.

arrow Ətraflı
Böyrəkləri təmizləmək üçün ən təbii üsul — like
  • 22 Yan 23:01  
Digərləri Böyrəkləri təmizləmək üçün ən təbii üsul —

Böyrəkləri təmizləməklə yanaşı bir sıra toksin və ziyanlı maddələr

arrow Ətraflı
İbadətə layiq olan yalnız Allahdır like
  • 22 Yan 22:55  
Digərləri İbadətə layiq olan yalnız Allahdır

Kainatdakı yaradılmışlar haqqında düşüncələr insanı yalnız Allaha ib

arrow Ətraflı
Yoxsa onlar göyləri və yeri yaradıblar? like
  • 22 Yan 22:50  
Digərləri Yoxsa onlar göyləri və yeri yaradıblar?

Qurani Kərim Yaradanın varlığını inkar edənlərə bu ayələri dəlil ola

arrow Ətraflı
Hər gün yediyimiz bu 2 məhsul insultdan da qoruyur like
  • 22 Yan 22:45  
Digərləri Hər gün yediyimiz bu 2 məhsul insultdan da qoruyur

Əksəriyyətimiz səhər yeməyində kərə yağı və pendir yeyirik.

arrow Ətraflı
Güzəşt bitdi, keyfiyyət yüksələcək? – like
  • 22 Yan 22:43  
Digərləri Güzəşt bitdi, keyfiyyət yüksələcək? –

Ölkəmizdə 1 yanvar 2021-ci il tarixindən "Tibbi sığorta haqqında&quo

arrow Ətraflı
Gəncənin icra başçısı yeni rəis like
  • 22 Yan 22:41  
Digərləri Gəncənin icra başçısı yeni rəis

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə şəh

arrow Ətraflı
Tövhid nədir? like
  • 22 Yan 22:40  
Digərləri Tövhid nədir?

Uca Allah buyurur: "Əgər göydə və yerdə Allahdan başqa tanrılar ols

arrow Ətraflı
Bakıda ev almaq istəyənlərin NƏZƏRİNƏ! like
  • 22 Yan 22:39  
Digərləri Bakıda ev almaq istəyənlərin NƏZƏRİNƏ!

Azərbaycanda 2020-ci illə müqayisədə 2021-ci ildə əmlak bazarında qiymə

arrow Ətraflı
ŞOK İDDİA! Gözəllik salonlarında xanımlara narkotik vasitə təklif edilir like
  • 22 Yan 22:37  
Digərləri ŞOK İDDİA! Gözəllik salonlarında xanımlara narkotik vasitə təklif edilir

Gözəllik salonlarında narkotik vasitələrin satışı ilə bağlı daxil ola

arrow Ətraflı
İngiltərədən bu ölkələrə ŞOK TƏKLİF: like
  • 22 Yan 22:36  
Dünya İngiltərədən bu ölkələrə ŞOK TƏKLİF:

Böyük Britaniya Ukrayna və Polşaya üçlü ittifaq təşkil etməyi təklif

arrow Ətraflı
Satışda olan duzlardakı təhlükəli maddə like
  • 22 Yan 22:35  
Digərləri Satışda olan duzlardakı təhlükəli maddə

Ferrosianid kaliy - E535, E 536 qida sənayesində istifadə olunan zərərli ki

arrow Ətraflı