Satışda olan duzlardakı təhlükəli maddə


Digərləri 22 Yan 2022 22:35:00 114 0

Satışda olan duzlardakı təhlükəli maddə

Ferrosianid kaliy - E535, E 536 qida sənayesində istifadə olunan zərərli kimyəvi madədlərdən, əlavələrdən biridir. Artıq çox ölkələrdən ona qadağa qoyulub.

Daha çox süfrə, xörək duzlarına duzun narın qalması, rütubətdən yapışmaması üçün qatılır. Həmçinin duzun ağappaq olmasını təmin edir. Əslində isə natural duz bir qədər ağımtıl-sarı olmalıdır.

Bu maddənin Azərbaycanda satışda olan duzlarda olub-olmamasını araşdırdıq. Marketdə satışda olan 99% duzlarda - yerli və rusiya istehsalı qablaşdırmaların hamısında bu maddə qeyd olunmuşdu, baxmayaraq ki, doza 0,01% göstərilmişdi, yəni o qədər azdır ki, ziyanı yoxdur. Təkcə Naxçıvan duzu altında buraxılan yodlu duz qutusunda bu maddə əks olunmamışdı. Görünür bu duz iri sənaye müəssisəsində istehsal olunmur və istehsalçıya bu maddəni istifadə etmək sərfəli deyil. Hər halda kiçik istehsalatda buraxılan duzların da tərkibinin araşdırılması vacibdir.

Son.az medicina.az-a istinadən bildirir ki, bu maddə sarımtıl kristal tozdur, o qaz zavodlarında qazın təmizlənməsi zamanı sintez olunur. Adından məlumdur ki, tərkibində sianist birləşmələr var.

Bu zərərli maddənin insana mənfi təsirləri:

-Mədə-bağırsaq selikli qişa zədələnməsi, pozulmalar

-Qaraciyər toksikləşməsi

-Dəri xəstəlikləri - akne, dermatit, allergiya

-ƏSəb sisteminə təsir

-Limfa sistemin işinə təsir