Bütün günü yorğun olmağınızın


Digərləri 22 Yan 2022 22:05:00 90 0

Bütün günü yorğun olmağınızın

Son günlər istər kişilər, istər qadınlar arasında yorğunluqdan, gücsüzlükdən şikayətlənir.

Son.az medicina.az-a istinadən yorğunluğun 7 əsas səbəbini təqdim edir. 1. Depressiya, apatiya, əhval-ruhiyyənin olmaması, stress

Depressiya psixi problemdir, insan qəm-qüssəli olur, həyata marağı azalır. Emosional problemlər insanı ruhən yorur, enerjini azaldır. Yuxu pozulur, ya da insan gündüzlər yatır.

2. Yuxusuzluq

Yorğunluğun ən birinci səbəbidir. ABŞ-da hər hər 3-4 nəfərdən biri sutkalıq 8 saat yuxudan çox az yuxu alır. Bu da tez yorulmaya, həyat, iş keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Beyin yuxuda dincəlir, normal yuxu kəsilmədən, davamlı olmalıdır. İnsan hər axşam eyni saatda yatağa girməlidir.

3. Hipotireoz

Qalxanvari vəzin hormonal çatışmazlığıdır. Bu hormonlar orqanizmin enerji mübadiləsinə təsir edir. Xüsusən qadınlarda qalxanvari vəz normal işləməyəndə, daim yorğunluq hiss edirlər. Bu zaman qəbizlik olur, əzələ və oynaqlarda ağrılar, çəki artımı, depressiya və s. də olur.

4. Şəkərli diabet

İnsulin dirənçi, qanda insulin və qlükozanın artması nəticəsində hüceyrələrin qidalanması pozulur. İnsan daim yorğun, enerjisiz olur. Çəkidə azalma, iştahsızlıq, tez-tez sidiyə getmə, susama da əlavə olunur.

5. Narahat ayaqlar sindromu