Sağlam olmaq istəyən təzə fındıq yesin.


Digərləri 22 Yan 2022 21:45:00 118 0

Sağlam olmaq istəyən təzə fındıq yesin.

Fındıq bir çox faydalı maddələrlə zəngindir. Onun tərkibində polidoymamış yağlı turşular, vitaminlər (xüsusilə B qrupu, E), müxtəlif makro və mikroelementlər (marqan, mis, maqnezium, fosfor, sink, kalium və s.), aminturşuları, zülallar, fitosterollar və s. var.

Mütəxəssislər təzə fındığı ən faydalı hesab edir ki, onun tərkibində olan qiymətli maddələrin miqdarı daha çoxdur.

Saglamolun.az sizə fındığın faydalarını təqdim edir:

1. Yağlı turşularla zəngin olduğundan fındıq ürək və damarların sağlamlığını qoruyur, xolesterinin səviyyəsini aşağı salır, aterosklerozun qarşısını alır.   

2. Fındığın tərkibində olan fitosterol birləşmələri onu qadın orqanizmi üçün çox faydalı edir. Fitosterollar  qadın cinsiyyət sisteminin sağlamlığını qoruyur, pozulmaların riskini azaldır.

3. Fındıq sinir sistemi üçün çox faydalıdır - sakitləşdirir, stressi azaldır.

4. Fındıq ən güclü antioksidantlardan biri olan E vitamini ilə çox zəngindir. Bu vitamin orqanizmdə gedən qocalma proseslərini ləngidir, xroniki xəstəliklərin riskini azaldır.

5. Fındıq qanın tərkibini yaxşılaşdırır, qanazlığı zamanı faydalıdır.

6.  Fındıq immun sistemini möhkəmləndirir, orqanizmin tonusunu qaldırır.