"Şuşa"nı niyə "Buta" etdilər bizə belə "KVN" gərəkdirmi?


Digərləri 22 Yan 2022 13:54:00 122 0

"Şuşa"nı niyə "Buta" etdilər  bizə belə "KVN" gərəkdirmi?

Bu günlərdə Rusiyanın Soçi şəhərində keçirilən 33-cü beynəlxalq Şən və Hazırcavablar Klubu (ŞHK) - "KVN" adlandırılan yarışla bağlı yaşanan biabırçı olay ölkəmizdə ciddi rezonans doğurmaqla yanaşı, geniş müzakirələrə yol açıb. Biabırçılıq da ondan ibarətdir ki, Azərbaycan komandası festivalın birinci turunda "Şuşa" adı ilə təmsil olunsa da, ikinci turda adı dəyişdirilib "Buta" olub. Bəlli olmayan "rebrendinq" baş verib və "Şuşa" Buta"ya çevrilib. Yayılan xəbərlərə görə, "KVN" komandası məhz Aleksandr Maslyakovun tələbi ilə bu addımı atıb. Daha dəqiq desək, ermənilərin narazılığı ilə yarış rəhbərliyi Azərbaycan komandasına adını dəyişməyi təklif edib və komanda da dərhal bu tələb qarısında təslim olub.

Niyə və hansı səbəbdən "Şuşa" yox, "Buta"?

Maraqlı olan odur ki, nədən soydaşlarımız Şuşadan imtina ediblər? Sual yaranır: niyə və hansı səbəbdən? Axı, Şuşa, eləcə də bütün Qarabağ əraziləri daxil beynəlxalq hüquqda da, tarixi sənədlərdə də Azərbaycanın əzəli torpaqları kimi tanınır. Əgər həmin reallıq mövcuddursa, kimlərinsə yersiz tələblərinə görə bu addan nəyə görə inkar edilsin ki?

Erməni icmasının təzyiqləri əsas olub

Aparılan araşdırma nəticəsində müəyyən olnub ki, adın dəyişdirilməsində Soçidəki erməni diasporası və "AMiK" televiziya yaradıcılıq birliyinin güclü təzyiqləri nəticəsində baş verib. Hətta məsələ qəti şəkildə onların qarşısına qoyulub - ya adı dəyişirsiniz, yada ki festivalı tərk edirsiniz. Təəssüf ki, bizim komanda da birincisini seçmək qərarına gəlib. Halbuki, komandanın düşəcəyi liqadan asılı olmayaraq gələcəkdə "Şuşa" adı ilə də iştirak edə biləcək. Bəs bu nədir? Belə də təhqir olar? Yəni, "Şuşa", "Buta", sonra da yenə "Şuşa". Belə olduqda bəlkə "Qarabağ" futbol klubunun da adını dəyişək? Axı erməniləri bu ad da özündən çıxarır.

Bu, tək komanda üzvlərinin deyil, bütövlükdə xalqımıza təhqir deməkdir