Rusiya Türkiyənin işə qarışmağına qarşıdır


Dünya 22 Yan 2022 12:18:00 136 0

Rusiya Türkiyənin işə qarışmağına qarşıdır

"Türkiyənin xoşməramlı şəkildə həm Ukrayna ilə, həm Rusiya ilə, həm Zelenski ilə, həm Putinlə önəmli münasibətə malikdir". 

Bunu Son.az-a açıqlamasında Türkiyənin təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib.

O bildirib ki, Ankara balanslaşdırılmış siyasət və startegiyasını regionda sabitlik lehinə istifadə etmək istəyir:

"İndi digər yandan bütün dünyanın danışdığı və hiss etdiyi böyük bir böhran hökm sürür. Təbii ki, belə bir vəziyyətdə Türkiyə bu iki ölkənin münasibətlərinin tənzimlənməsində konstruktiv rol oynamaq istəyir. Digər bir yandan da Türkiyənin üzərinə götürmək istədiyi bu missiya ilə bir şəkildə tətbiqinə çalışdığı bir balans siyasəti və strategiyası var. Ankara balanslaşdırılmış bu siyasət və startegiyasını sabitlik leyhinə istifadə etmək istəyir. Ona görə də Türkiyə çox çətin bir vəziyyətin yarandığı hadisələr fonunda istəyini reallaşdırmaq üçün cəhd edəcək. Ancaq hazırda Rusiyanın bu məsələ çox da isti baxmadığını və yaxud şərtlər irəli sürdüyünü görürük. 

Hərbi manevrlər edən və siyasi inad göstərən Rusiyadır. Bununla bağlı da Rusiyanın ilkin gözləntiləri Türkiyədən deyil. Rusiyanın bu istiqamətdə əsas gözləntiləri Atnatikdən və NATO-dandır. Rusiya NATO-nun genişlənməsini və tampon ərazilər olaraq gördüyü ölkələrin bir yolla Qərbləşməsini, Atlatikləşməsini tələb edir. Rusiya savaşmaqla bağlı ortaya qoyduğu iradəyə uyğun şəkildə bir riski dərk edərsə - iradəsini itirməklə və yaxud geri düşməklə bağlı hər hansı riski hiss edərsə, Türkiyənin etdiyi bu təklifi dəyərləndirəyini düşünürəm və yaxud da diqqəti yayındırmaq taktiki gedişi olaraq da istifadə edə bilər. Amma Türkiyə xoşniyyətli bir yanaşma ortaya qoydu.