Adel ağlayaraq bu xəbəri verdi VİDEO


Şou-biznes 22 Yan 2022 12:30:00 199 0

Adel ağlayaraq bu xəbəri verdi  VİDEO

Britaniyalı məşhur müğənni Adel pərəstişkarlarının qarşısına göz yaşları ilə çıxaraq, onlardan üzrxahlıq edib. Səbəbi isə yanvarın 21-i axşam Las-Veqasda premyerası nəzərdə tutulan "Weekends with Adele" adlı şousunun qeyri-müəyyən müddətə təxirə salınmasıdır.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Şou üçün biletlərin qiyməti 30.000 dollara (51.000 manat) qədər olub.

Sənətçi özünün və komandasının performansı vaxtında hazırlamaq üçün mümkün olan hər şeyi etməyə çalışdığını göz yaşları içində danışıb.

"Biz onu vaxtında bir araya gətirmək üçün əlimizdən gələni etdik... Lakin çatdırılma gecikmələri və koronavirus bizi tamamilə tükətdi", - deyə Adel bildirib.

Onun sözlərinə görə, komandasının yarısı yoluxub və hələ də bəziləri hələ də xəstədir.

"Çox pis olmuşam, utanıram və mənim üçün bura gələn hər kəsə görə çox kədərliyəm. Çox, çox təəssüf edirəm", - deyə ifaçı etiraf edib.

Şou üçün biletlərin qiyməti 30.000 dollara (51.000 manat) qədər olub.