Məşhur cütlüyün övladı oldu


Şou-biznes 22 Yan 2022 09:42:00 145 0

Məşhur cütlüyün övladı oldu

2000-ci ildə Dünya gözəllik yarışmasının qalibi olan hind aktrisası Priyanka Çopra və amerikalı məşhur müğənni Nik Conas valideyn olublar.

Son.az axşam.az-a istinadən xəbər verir ki, cütlük bu barədə sosial şəbəkədə məlumat verib.

Onların övladlarının adını və cinsiyyətini açıqlamasalar da, körpənin surroqat anadan dünyaya gəldiyini bildiriblər.

Qeyd edək ki, Priyanka və Nik 2018-ci ildə ailə həyatı qurub. Bu onların ilk övladıdır. Aktrisa müğənnidən 10 yaş böyükdür.