Rusiyanın Qarabağ ssenarisi dəyişir?


Siyasət 22 Yan 2022 10:36:00 96 0

Rusiyanın Qarabağ ssenarisi dəyişir?

"Bu elə Kremlin təklifidir, sadəcə təklifi hakim "Vahid Rusiya" partiyası tərəfindən deyil, nəzarətlərindəki sözdə müxalifət - Kommunist Partiyası tərəfindən irəli sürülməsini təmin ediblər".

Bunu Son.az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, sülhməramlıların Qarabağdakı fəaliyyəti sualların sayını artırır:

"Əslində Kreml separatçıları çoxdan tanıyıb. Birincisi, Rusiyanın hərbi dəstəyi olmadan separatçılar bölgəni işğal edə bilməzdilər. İkincisi, bölgənin iqtisadiyyatı Rusiyanın müvafiq qurumları tərəfindən idarə olunur. Üçüncüsü, Kreml separatçıların nəzarət etdiyi bölgələrdə yaşayanlara Rusiya pasportları paylayıb.  

Fikrimcə, Kreml iki mərhələdə məsələni öz xeyrinə həll etməyi planlaşdırır. Birinci mərhələdə separatçıları rəsmən tanıyacaqlar, ikinci mərhələdə isə 2014-cü ildə Krımda olduğu kimi Donetskdə və Luqanskda "referendum" keçirib bölgəni Rusiyaya birləşdirəcəklər. Bu Rusiyanın Ukrayna ilə bağlı minimum planıdır. Maksimum plan isə "Novorossiyadır", yəni Ukraynanın tən yarısının qopardılmasıdır. Putin bu planın reallaşmasını növbəti prezident müddətinə saxlaya bilər.

Rusiyanın Abxaziya və Cənubi Osetiyanın ardından Donbas separatçılarını rəsmən "tanımasının" Azərbaycan-Ermənistan qarşıdurmasına hansı təsiri ola bilər?

Kremlin Donbas separatçılarını "tanıması" Qarabağ separatçılarını və onların başda Ermənistan olmaqla digər dövlətlərdəki tərəfdarlarını fəallaşdıracaq. Separatçılar dünyadakı erməni lobbisi ilə birgə "tanınma" mövzusunu aktuallaşdırmağa çalışacaqlar. Bu məqsədlə bölgədə təxribatların sayı da arta bilər. Rusiya XİN-nin sözçüsü Mariya Zaxarovanın bir neçə gün əvvəl "Laçın dəhlizindən keçidlərə rusiyalı sülhməramlılar qərar verir" açıqlaması bizim üçün xəbərdarlıq zəngi olmalıdır. Təəssüf ki, Ukraynanın ərazi bütövlüyünə dəstək verən Qərb ölkələri Qarabağla bağlı fərqli siyasət yürüdürlər. Fransa prezidentliyinə namizədin heç birinin Abxaziyaya, Cənubi Osetiyaya və ya Donbasa getmək ağlına gəlməzdi, ancaq Azərbaycan sərhədini pozaraq rusiyalı hərbçilərin nəzarətindəki Xankəndiyə gəlməyi özləri üçün qüsur hesab etmirlər. 

Bakı ilə Moskva arasında tərəfdaşlıq münasibətləri mövcud olsa da, rusiyalı hərbçilərin Qarabağdakı fəaliyyəti münasibətlərdə getdikcə sualların sayını artırır. Qarabağ separatçıları Ermənistan kimi Rusiyanın vassalı olmağa hazırdılar. Moskva isə onların qarşısında baş əyənləri sevir. Erməni separataçıları və Ermənistandakı "Qarabağ klanı" əllərindən gələni edəcəklər ki, Rusiya Donbas kimi Qarabağı da siyasi himayəsi altına alsın. Bu təhlükəli ssenarilərin qarşısını almaq bizdən asılıdır".

Qeyd edək ki, Rusiya Kommunist Partiyasının Dövlət Dumasına "Donetsk Xalq Respublikasını" və "Luqansk Xalq Respublikasını" tanımasını təklif edib. Rusiya kommunistləri parlamentin "tanınma" təklifiylə Rusiya prezidentinə müraciət qəbul edilməsini təklif ediblər. 

Təhməz Əsədov Son.az

Bekhemin oğlu milyarderin qızı ilə evlənir like
  • 22 Yan 10:30  
Digərləri Bekhemin oğlu milyarderin qızı ilə evlənir

İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhemin oğlu Bruklin nişanlı

arrow Ətraflı
Sevincdən bikinidə ehtiraslı poz: like
  • 22 Yan 10:18  
Şou-biznes Sevincdən bikinidə ehtiraslı poz:

İlin böyük hissəsini Türkiyədə keçirən müğənni Sevinc Ağaşirinova

arrow Ətraflı
Manat ilə bağlı müjdə like
  • 22 Yan 10:12  
Digərləri Manat ilə bağlı müjdə

Güman edirik ki, Azərbaycan manatı ABŞ dollarına qarşı 1 dollar/1,7 manat

arrow Ətraflı
Azərbaycanda karantində qalma müddəti azaldıldı like
  • 22 Yan 10:08  
Digərləri Azərbaycanda karantində qalma müddəti azaldıldı

Son zamanlar dünya ölkələrində SARS-CoV-2 virusunun "Omicron" şt

arrow Ətraflı
"Miraj"ın aktyoru vəfat etdi like
  • 22 Yan 10:06  
Şou-biznes "Miraj"ın aktyoru vəfat etdi

Keçmiş SSRİ-nin tanınmış latviyalı aktyoru Arnis Lisitis 76 yaşında və

arrow Ətraflı
"Oğlumla məni sevgili zənn edirlər" like
  • 22 Yan 09:54  
Digərləri "Oğlumla məni sevgili zənn edirlər"

Hazırda "Yasak elma" serialında rol alan aktrisa Şevval Sam "S

arrow Ətraflı
Neftimiz ucuzlaşdı like
  • 22 Yan 09:48  
Digərləri Neftimiz ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Məşhur cütlüyün övladı oldu like
  • 22 Yan 09:42  
Şou-biznes Məşhur cütlüyün övladı oldu

2000-ci ildə Dünya gözəllik yarışmasının qalibi olan hind aktrisası Pri

arrow Ətraflı
Bu ölkədə omikronun yeni növü aşkar edildi like
  • 22 Yan 09:36  
Dünya Bu ölkədə omikronun yeni növü aşkar edildi

Böyük Britaniyanın tibb orqanları ölkədə ilkin təhlillərə görə daha

arrow Ətraflı
Hamilə qadın müayinə olundu: Uşağın 4D FOTOsuna baxanda şoka düşdü like
  • 22 Yan 09:30  
Dünya Hamilə qadın müayinə olundu: Uşağın 4D FOTOsuna baxanda şoka düşdü

İngiltərədə yaşayan Ariann East adlı hamilə qadın xoşagəlməz hal ilə

arrow Ətraflı
"Qış turizmi üçün ən əlverişli yer Kəlbəcərdir" like
  • 22 Yan 09:24  
Digərləri "Qış turizmi üçün ən əlverişli yer Kəlbəcərdir"

İşğaldan azad edilmiş ərazilərin qış turizm potensialı genişdir.

arrow Ətraflı
Xatirə açıqsaçıq FOTOları ilə qalmaqal yaratdı like
  • 22 Yan 09:18  
Şou-biznes Xatirə açıqsaçıq FOTOları ilə qalmaqal yaratdı

Müğənni Xatirə İslam açıq-saçıq fotosu ilə gündəmə gəlib.

arrow Ətraflı
Təzyiqiniz teztez qalxırsa, mütləq bu məhsulları yeyin! like
  • 22 Yan 08:59  
Digərləri Təzyiqiniz teztez qalxırsa, mütləq bu məhsulları yeyin!

Hipertoniyadan əziyyət çəkən insan üçün ən əsas məqsəd təzyiqi eyni

arrow Ətraflı
100% Omicrona yoluxmanın əlamətlərini like
  • 22 Yan 08:58  
Dünya 100% Omicrona yoluxmanın əlamətlərini

"Omicrona yoluxma orqanizmdə tək bir simptom və ya kompleks şəklində

arrow Ətraflı