Fransa Prezidenti Kabinetinin müşaviri və Aİnin xüsusi nümayəndəsinin Cənubi Qafqaza səfərinin məqsədi açıqlanıb


Siyasət 21 Yan 2022 22:05:00 97 0

Fransa Prezidenti Kabinetinin müşaviri və Aİnin xüsusi nümayəndəsinin Cənubi Qafqaza səfərinin məqsədi açıqlanıb

Fransa Prezidenti Kabinetinin kontinental Avropa və Türkiyə üzrə müşaviri İzabel Dümon və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın səfəri ilk növbədə ötən ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar zamanı müzakirə olunan məsələlərə həsr olunub.

Son.az bildirir ki, bunu Trend-ə Toivo Klaarın mətbuat katibi deyib.

"2021-ci il dekabrın 14-də Brüssledə Aİ Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə yüksək səviyyədə keçirilən görüşlərin davamı olaraq Toivo Klaar hazırda Fransa prezidentinin müşaviri İzabel Dümonla birgə regionda səfərdədədir", - deyə mətbuat katibi bildirib.

Onun sözlərinə görə, T.Klaar və İ.Dümonla yanaşı nümayəndə heyətinin tərkibinə həm Aİ nümayəndələri həm də Aİ-nin hazırkı sədri qismində Fransadan nümayəndələr, o cümlədən Aİ Şurası rəhbərinin xarici siyasət üzrə baş müşaviri Maqdalena Qrono daxildir.

"Bu səfər, ilk növbədə 2021-ci il dekabrın 14-də Aİ Şurasının rəhbəri Şarl Mişelin və dekabrın 15-də Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı müzakirələr zamanı qaldırılan məsələlərə həsr olunub", - o bildirib.

Mətbuat katibi əlavə edib ki, T.Klaar və İ.Dümon Bakıdakı görüşlərdən sonra bu gün Yerevana gedib, orada da həmçinin Ermənistan rəhbərliyi ilə Aİ-nin təhlükəsiz, sabit və çiçəklənən Cənubi Qafqazın quruculuğu üçün hər iki ölkə ilə gələcək əməkdaşlığını müzakirə edəcək.

Yaponiyada 6,4 bal gücündə zəlzələ baş verib like
  • 21 Yan 21:54  
Dünya Yaponiyada 6,4 bal gücündə zəlzələ baş verib

Yaponiyanın cənub-qərbində 6,4 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
Məşhur komediya aktyoru vəfat edib like
  • 21 Yan 21:20  
Dünya Məşhur komediya aktyoru vəfat edib

"Life with Louie" cizgi serialından tanınan amerikalı komediya usda

arrow Ətraflı
"Mercedes" mindən çox avtomobili geri çağırır like
  • 21 Yan 21:15  
Dünya "Mercedes" mindən çox avtomobili geri çağırır

"Mercedes Benz" şirkətinin Rusiyadakı rəsmi nümayəndəsi "M

arrow Ətraflı
KVN komandası “Şuşa”nı “Buta”ya dəyişdi like
  • 21 Yan 21:10  
Digərləri KVN komandası “Şuşa”nı “Buta”ya dəyişdi

Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxa

arrow Ətraflı
Bakıda özünü məftillə ağaca bərkidib yandıran şəxslə bağlı araşdırma aparılır like
  • 21 Yan 21:00  
Digərləri Bakıda özünü məftillə ağaca bərkidib yandıran şəxslə bağlı araşdırma aparılır

Yanvarın 19-da, saat 20 radələrində 1959-cu il təvəllüdlü Nadir Həşimo

arrow Ətraflı
Məşhur olmadan əvvəl ofisant işləyirmiş like
  • 21 Yan 20:54  
Şou-biznes Məşhur olmadan əvvəl ofisant işləyirmiş

Türkiyəli aktrisa Burcu Biricik aktrisalıqdan öncə məşğul olduğu peşə

arrow Ətraflı
XaçmazQuba yolunda maşın ağaca çırpılıb, xəsarət alanlar var like
  • 21 Yan 20:48  
Digərləri XaçmazQuba yolunda maşın ağaca çırpılıb, xəsarət alanlar var

Bu gün axşam saatlarında Xaçmaz-Quba yolunda yol nəqliyyat hadisəsi baş v

arrow Ətraflı