Məşhur komediya aktyoru vəfat edib


Dünya 21 Yan 2022 21:20:00 169 0

Məşhur komediya aktyoru vəfat edib

"Life with Louie" cizgi serialından tanınan amerikalı komediya usdası Lui Anderson 68 yaşında dünyasını dəyişib.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə TMZ nəşri məlumat yayıb.

Aktyor bu gün müalicə olunduğu Las-Veqas xəstəxanasında vəfat edib.

Onun uzun müddət qan xərçəngindən əziyyət çəkdiyi bildirilib.

Qeyd edək ki, Lui Anderson 1953-cü ildə ABŞ-ın Minnesota ştatında anadan olub. Məşhur komediya aktyoru, həmçinin, müxtəlif televiziya layihələrində də rol alıb.