Özbəkistanda COVID19la bağlı yeni məhdudiyyətlər tətbiq olunur


Dünya 21 Yan 2022 21:35:00 236 0

Özbəkistanda COVID19la bağlı yeni məhdudiyyətlər tətbiq olunur

Özbəkistanda COVID-19-a yoluxma sayının artması ilə bağlı yanvarın 24-dən ölkənin orta və ali məktəbləri, liseylər və qeyri-dövlət təhsil müəssisələri bir ay müddətinə onlayn formata keçir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yeni məhdudiyyətlər həm də yeniyetmələr və gənclər arasında "omikron" ştamının yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunur.

Xatırladaq ki, Özbəkistan təhsil müəssisələrinin qış tətili yanvarın 11-də başa çatmalı idi. Lakin epidemioloji vəziyyətlə əlaqədar Təhsil Nazirliyi qış tətilini yanvarın 24-dək uzadıb.

Özbəkistan Səhiyyə Nazirliyinin məlumatına görə, son sutka ərzində pandemiya dövründə ən yüksək yoluxma sayı qeydə alınıb - 1 325 hal. Pandemiya dövründə yoluxanların ümumi sayı 210 min 899, ölənlərin sayı isə 1532 nəfərdir.