Avropada Tvindemiya başlayır Qriplə kovid birləşir


Dünya 21 Yan 2022 21:40:00 129 0

Avropada Tvindemiya başlayır  Qriplə kovid birləşir

Avropa Birliyinin tibb rəsmilərinin proqnozuna görə ötən il karantin tədbirlərinə görə geri çəkilmiş qrip bu mövsüm daha güclü şəkildə geri dönür.

Son.az xəbər verir ki, artıq Avropada qripdən ölüm halları qeydə alınıb. Ötən qış ciddi karantin tədbirlərinə görə qrip virus itmişdi. İndi qrip kovidlə yanaşı sirkulyasiya edir və Tvindemiyaya səbəb olur.

Bu isə yaşlı insanlar üçün ikiqat təhlükədir.

Avropa xəstəliklərdən profilaktika mərkəzinin informasiyasına görə, dekabr ayından qrip koviddən geri qalmadan, bütün Avropada yayılır. Reanimasiya şöbələrində hər həftə 43-45 xəstə qripdən daxil olur.

Düzdür bu rəqəmlər 2018-ci ilə nisbətən daha azdır. Lakin 2020-ci ilin dekabr-yanvar ayında belə xəstə sayı cəmi 2-3 nəfər idi.