Tunis sahillərində miqrantları aparan qayıq batıb,


Dünya 21 Yan 2022 20:06:00 131 0

Tunis sahillərində miqrantları aparan qayıq batıb,

Aralıq dənizində, Tunisin Kerkenna adası yaxınlığında qanunsuz miqrantları aparan qayıq batıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində azı 11 nəfər həlak olub.

Qəzaya uğrayan qayıqda 30 nəfər olub. Xilasedicilər 21 nəfəri çıxara bilib.

Ölənlərdən beşinin meyiti tapılıb. Digər 6 nəfərin axtarışları davam edir.