"Omikron" ştamının sürətlə yayılması BU VAXTA qədər davam edə bilər


Digərləri 21 Yan 2022 20:18:00 222 0

"Omikron" ştamının sürətlə yayılması BU VAXTA qədər davam edə bilər

Ölkəmizdə koronavirusun "omikron" ştamının sürətlə yayılması aprel ayına qədər davam edə bilər.

Bunu Trend-in sualına cavab olaraq infeksionist-hepatoloq Mərdan Əliyev bildirib.

O qeyd edib ki, "omikron" ştamının ölkəmizdə yayılmasından sonra virusa yoluxanların sayında artımın olacağı əvəlcədən proqnozlaşdırılırdı.

"Dünyanın hansı ölkəsində "omikron" ştamı yayılırdısa, həmin yerdə virusa yoluxanların sayında artım olurdu. Virusun bu növünü o biri ştamlardan fərqləndirən əsas cəhət sürətlə yayılmasıdır. Ölkəmizdə "omikron" ştamının yeni yayılmasına baxmayaraq, virusa yoluxanların 40%-i koronavirusun bu növünə yoluxub.

Qış fəsli pandemiyanın əsas dövrüdür. Əvvəlki illərdə olan yoluxma dalğaları gözlənilmir. Çünki ölkəmizdə xəstəliyə yoluxub sağalanların və vaksin olunanların sayı kifayət qədərdir. Bu da o deməkdir ki, ölkəmizdə kollektiv immunitet formalaşıb. Bütün bunlara baxmayaraq, ara məsafəsi və gigyenik qaydalara riayət edilməlidir"