Restoranda karantin rejimini pozan 13 nəfər cərimələnib


Digərləri 21 Yan 2022 16:30:00 108 0

Restoranda karantin rejimini pozan 13 nəfər cərimələnib

Qubada karantin rejimini pozduqlarına görə 13 nəfər barəsində ciddi tədbir görülüb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Son.az-a verilən məlumata görə Quba rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən restoran aşkarlanıb.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı, obyektdə olan 12 nəfər müştəri və restoranın icarədarı Aid Xazrıyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq olunub.