“Yeni Kurtlar Vadisi”nin yayım tarixi açıqlandı


Şou-biznes 21 Yan 2022 16:06:00 188 0

“Yeni Kurtlar Vadisi”nin yayım tarixi açıqlandı

Prodüseri Osman Sınav, rejissoru M.Çağatay Tosun olan və tamaşaçılar tərəfindən "Yeni Kurtlar Vadisi" adlandırılan "Yalnız Kurt" serialının yayım tarixi açıqlanıb.

Son.az qaynarinfo-ya istinadən xəbər verir ki, ATV-də efirə gedəcək serialın ssenarisini Murat Koca və Alper Erzenin yazıb. Ekran əsəri "Sineqraf Fim" tərəfindən hazırlanıb.

Artıq Cihan Ünal, Damla Çolbay, Kürşat Alnıçık, Murat Han, Hasan Deniz Yaran, Polat Bilgin və Deniz Evin kimi aktyorların rol aldığı serialın 1-ci bölümünün treyleri də yayımlanıb.

Türkiyədə baş verən çevrilişlər, xəyanətlər, qətllər, anarxiya və terror hadisələrindən bəhs edəcək "Yalnız Kurt" 28 Yanvar 2022-ci il ilk bölümü ilə tamaşaçıların görüşünə gələcək.