ABŞda müxbiri canlı yayımda maşın vurdu


Dünya 21 Yan 2022 16:12:00 144 0

ABŞda müxbiri canlı yayımda maşın vurdu

ABŞ-ın Qərbi Virciniya ştatında canlı yayım zamanı "WSAZ" telekanalının müxbiri Tori Yorqini maşın vurub.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisənin görüntülərini amerikalı jurnalist Li Key Hovard öz tviter hesabında paylaşıb.

Videodan görünür ki, reportaj zamanı avtomobil müxbiri vurur və o, zərbənin təsirindən yerə yıxılır. Lakin insidentdən cəmi bir neçə saniyə sonra müxbir ayağa qalxır və yayıma davam edir.

O, həmçinin vəziyyətinin yaxşı olduğunu, ciddi travma almadığını qeyd edib.

"Bütün həyatım gözümün önündən keçdi", - deyə Tori Yorqi əlavə edib.

Son.az