Eldar Həsənov 10 il azadlıqdan məhrum edildi,


Siyasət 21 Yan 2022 15:41:00 86 0

Eldar Həsənov 10 il azadlıqdan məhrum edildi,

Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifə saxtakarlığı və digər ağır cinayətlərdə təqsirləndirilən sabiq səfir Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az bildirir ki, hakim Əfqan Hacıyevin sədrliyi, Amil Ağalının katibliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Eldar Həsənova son söz deyib. Təqsirləndirlilən şəxs son sözündə özünü ittihamlarla təqsirli bilməyib və məhkəmədən bəraət istəyib.

Hakimlər hökm qəbul etmək üçün müşavirəyə gediblər.

Müşavirədən sonra təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Eldar Həsənov 3 il vəzifə tutmaq qadağan edilməklə 10 il azadlıqdan məhrum edilib. Bütün əmlakları müsadirə ediləcək.

Rəsmi məlumata görə, aparılmış istintaqla Həsənov Eldar Hümbət oğlunun Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17.931.316 manat (16.893.868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf etmə və mənimsəməsinə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat (11.156.716 avro) məbləğində pul vəsaitini leqallaşdırmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsinə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat (180.728 avro) məbləğində mühüm zərər vurmasına və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192.387 manat (101.761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr müəyyən edilib.

Buna görə Eldar Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Eldar Həsənovun birgə ittiham olunduğu cinayətlərin digər iştirakçıları barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilir.

***

Məhkəmə sabiq səfir Eldar Həsənovun əmlaklarının müsadirə olunması barədə qərar çıxarıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qəbul edilən hökmə əsasən, Eldar Həsənovun üzərinə həbs qoyulmuş aşağıdakı əmlakları müsadirə ediləcək:

Sabunçu rayonu, Nardaran qəsəbəsində bağ evi və torpaq sahəsi;

Nəsimi rayonunda yerləşən mənzil;

Nərimanov rayonunda yerləşən mağaza;

Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən torpaq sahəsi;

Xətai rayonunda yerləşən fərdi yaşayış evi;

Monteneqroda yerləşən mənzil.

Qeyd edək ki, məhkəmənin hökmü ilə E. Həsənov 10 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs edilib.

Sabiq səfir, Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.

Sahara səhrasına qar yağdı like
  • 21 Yan 15:36  
Dünya Sahara səhrasına qar yağdı

Əlcəzairin şimal-qərbində yerləşən Sahara səhrasına və yaxınlığın

arrow Ətraflı
Rusiya Qarabağda yeni "sürpriz" hazırlayır like
  • 21 Yan 15:32  
Siyasət Rusiya Qarabağda yeni "sürpriz" hazırlayır

"Artıq son zamanlar Rusiyanın Qazaxıstandakı hadisələrdən sonra ABŞ

arrow Ətraflı
Sürücülərdən heç kim sahibsiz itlərin hücumuna məruz qalan şəxsə yardım etmədi like
  • 21 Yan 15:30  
Digərləri Sürücülərdən heç kim sahibsiz itlərin hücumuna məruz qalan şəxsə yardım etmədi

İstanbulun Bakırköy rayonunda işə gedən kişi altıdan çox sahibsiz itin

arrow Ətraflı
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edib? like
  • 21 Yan 15:24  
Digərləri Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edib?

Koronavirus pandemiyasının mənfi təsirlərini üzərindən atmağa çalışa

arrow Ətraflı
Orduda qeydə alınmış bəzi cinayətlər əvvəlki illə müqayisədə azalıb like
  • 21 Yan 15:21  
Digərləri Orduda qeydə alınmış bəzi cinayətlər əvvəlki illə müqayisədə azalıb

Ötən il Silahlı Qüvvələrdə qeydə alınmış bəzi cinayətlər əvvəlki

arrow Ətraflı
Silahlı Qüvvələrdə baş verən cinayətlərin 99 faizi açılıb like
  • 21 Yan 15:18  
Digərləri Silahlı Qüvvələrdə baş verən cinayətlərin 99 faizi açılıb

Silahlı Qüvvələrdə baş verən cinayətlərin 99 faizi açılıb.

arrow Ətraflı
Lavrovla Blinkenin görüşündə maraqlı anlar like
  • 21 Yan 15:12  
Dünya Lavrovla Blinkenin görüşündə maraqlı anlar

Xəbər verdiyimiz kimi, İsveçrənin Cenevrə şəhərində Rusiyanın xarici

arrow Ətraflı
Antiinflyasiya tədbirləri hazırlayan İşçi qrup işə başlayıb like
  • 21 Yan 15:10  
Digərləri Antiinflyasiya tədbirləri hazırlayan İşçi qrup işə başlayıb

Yanvarın 18-də Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi il

arrow Ətraflı
Gürcüstanda daha 8 767 nəfərdə koronavirus aşkarlanıb, 49 nəfər ölüb like
  • 21 Yan 15:06  
Dünya Gürcüstanda daha 8 767 nəfərdə koronavirus aşkarlanıb, 49 nəfər ölüb

Gürcüstanda ötən sutkada daha 8 767 nəfərə koronavirus diaqnozu qoyulub,

arrow Ətraflı
AMEAda təcili müşavirə keçirildi, Kərim Şükürovun istefası qəbul olunmadı like
  • 21 Yan 15:00  
Digərləri AMEAda təcili müşavirə keçirildi, Kərim Şükürovun istefası qəbul olunmadı

Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi (AMEA) Tarix İnstitutun

arrow Ətraflı
Polis rəisi işdən çıxarıldı: Ramil Usubovun qohumudur like
  • 21 Yan 14:57  
Digərləri Polis rəisi işdən çıxarıldı: Ramil Usubovun qohumudur

Daxili işlər naziri, general-polkovik Vilayət Eyvazov bölmə rəisini vəzif

arrow Ətraflı
Adelin ardınca Nigar... like
  • 21 Yan 14:54  
Şou-biznes Adelin ardınca Nigar...

İki məşhur müğənni- Nigar Muharrem və Mustafa Cecelinin təqdim etdiyi &q

arrow Ətraflı
Qaxda cüyür ovlayan şəxs saxlanılıb like
  • 21 Yan 14:48  
Digərləri Qaxda cüyür ovlayan şəxs saxlanılıb

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir z

arrow Ətraflı
Rəsmi Moskva: “Rusiya heç kəsdən qorxmur, hətta ABŞdan da...” like
  • 21 Yan 14:42  
Dünya Rəsmi Moskva: “Rusiya heç kəsdən qorxmur, hətta ABŞdan da...”

"Rusiya heç kəsdən qorxmur, hətta ABŞ-dan da...".

arrow Ətraflı
Britaniya Ukraynaya 30a yaxın xüsusi təyinatlı hərbçi göndərib like
  • 21 Yan 14:36  
Dünya Britaniya Ukraynaya 30a yaxın xüsusi təyinatlı hərbçi göndərib

Britaniya Ukraynaya 30-a yaxın xüsusi əməliyyat hərbçisi göndərib.

arrow Ətraflı